Banka “Risk strukturunun rəhbəri” tələb olunur

Direktor/Sədr


İşəgötürən – Turan Bank

Vəzifə- Risk strukturunun rəhbəri

Namizədə olan tələblər:

-Ali iqtisadi (maliyyə, uçot, audit, biznes və s.) təhsilin olması. Xüsusi sertifikatı (GARP, IRM, CFA, CPA, CIA və s.) olanlara üstünlük verilir;

-Ən azı 3 (üç) il bank və ya kredit təşkilatında risk sahəsində rəhbərlik (struktur) təcrübəsi;

-Mükəmməl səviyyədə İngilis dilində yazma, oxuma və danıma bacarığının olması; (o cümlədən, yaxşı səviyyədə Rus dili) 

-Beynəlxalq maliyə instituları ilə əməkdaşlıq etmə bacarığı;

-Analitik düşüncə və müxtəlif hesabatları təhlil etmə bacarığı; 

-Makro və mikro səviyyədə iqtisadi təhlil apara bilmə bacarığı;

-İşə yaradıcı yanaşmaq, yeni ideyaları yaratmaq və yeni ideyaları stimullaşdırmaq bacarığı;

-Liderlik və işçi heyətini idarəetmə bacarığı; 

-Dəqiq planlaşdırma və ciddi nəzarət etmək qabiliyyəti;

-MS Office proqramlarında işləyə bilmək qabiliyyəti.

Vəzifə öhdəlikləri:

-Bankın strategiyasının hazırlanmasında iştirak etmək, rəhbərlik etdiyi sahələr üzrə fəaliyyət planlarının icrasını təmin etmək;

-Rəhbərlik etdiyi şöbələrin fəaliyyətini koordinasiya etmək, onlara bilavasitə nəzarəti həyata keçirmək;

-Tabeçiliyində olan əməkdaşların əmək funksiyalarını (vəzifə təlimatını) müəyyən etmək, onları qiymətləndirmək;

-Beynəlxalq praktika, yerli qanunvericilik və daxili qaydalara əsasən Bankın risk strategiyasını, risk siyasətini və risk xəritəsini hazırlamaq, risklərin idarə olunması üzrə mütərəqqi sistemin yaradılmasını təmin etmək;

-Müşahidə Şurası, İdarə Heyəti və Risklərin İdarə Edilməsi Komitəsinin (RİEK) müxtəlif tapşırıqlarını icra etmək, onların dövrü iclasları üçün müvafiq sənədlərin (hesabatların) hazırlanmasını təmin etmək;

-Baş Risk İnzibatçısının ona həvalə etmiş olduğu digər vəzifələri həyata keçirir.

Anketlərinizi e-mail ünvanına [email protected] göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən mövzu hissəsinə “Risk strukturunun rəhbəri” yazmağı unutmayın. 

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]