“Bank of Baku” Lənkəran filialına işçilər axtarır

Hüquqşünas


Sizləri 22 May 2022-ci il, saat 10:00-da “Bank of Baku” ASC-nin Lənkəran filialında baş tutacaq “Açıq Qapı” gününə dəvət edirik.

Bankımızın Lənkəran filialında işə qəbul olunmaq istəyən namizədlər qeyd edilən vaxtda filiala yaxınlaşa bilərlər.

İşə qəbul görüşləri aşağıdakı vakansiyalar üzrə aparılacaqdır:

– İstehlak kreditləri üzrə kiçik ekspert
– Bank məhsullarının satışı şöbəsinin kiçik eksperti
– Məhkəmə işləri şöbəsinin hüquqşünası (Hüquq təhsili mütləqdir)
– Mikrokreditlər üzrə kiçik ekspert
– Təqib üzrə kiçik ekspert
– Xidmət bölməsinin kiçik eksperti

Tələblər:

– Ali təhsil (İqtisadiyyat və Hüquq üzrə bakalavr yaxud magistr dərəcəsi üstünlükdür)
– İş təcrübəsi tələb olunmur
– Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşması
– Bank sektorunda karyera qurmağa böyük həvəs və iddialılıq

Açıq qapı gününə gələn namizədlər özləri ilə CV formalarını (Azərbaycan dilində) və Şəxsiyyət Vəsiqələrini gətirmələri mütləqdir.
Lənkəran filialının ünvanı: Lənkəran şəhəri, H.Aslanov xiyabanı 1.
Elektron ünvan: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]