“Azneft İB “də yeni vakansiya

Mühəndis


Komandamıza gənc, dinamik işçi axtarışındayıq.

İnkişaf etməyə və biliklərini paylaşmağa meylli olan, komanda işindən çəkinməyən, hər krizdə fürsətlərin, hər çətinlikdə öyrəniləcək dərslərin də olduğunu bilən, səhv etməkdən qorxmayan, yeniliklərə meylli olan, “challenge”-lara açıq olan, strateji düşünə bilən, tapşırıq verilərkən “bunu mən etmişəm artıq”) deməyi bacaran bütün namizədləri linkə keçid edərək vakansiya ilə tanış olmağa və müraciət etməyə dəvət edirik.
https://lnkd.in/eEpWTVrd

-Neft-qaz sektorunda fəaliyyət göstərən “Azneft” İstehsalat Birliyi İdarəetmə aparatından və 15 təşkilatdan ibarət olmaqla 14.000 işçiyə sahibdir.

-Əmək haqqı: 2130 AZN (gross)

-İş yeri: Şəhərin ən gözəl guşəsində (Neftçilər prospekti 73) yerləşir.

Vəzifə haqqında məlumat

-Vakansiyanın adı- Kadrların hazırlığı üzrə aparıcı mühəndis

-Elanın bitmə tarixi 30.05.2022

-Keçid kodu – 09112/2022 EXT

-Müəssisə, Təşkilat -Azneft İB

-Struktur vahidi -İnsan resursları departamenti

-Ştat vəzifəsinin adı -kadrların hazırlığı üzrə aparıcı mühəndi

-Struktur vahidinin ünvanı -Neftçilər prospekti 73

-Şəhər/rayon-  Bakı şəhəri

-Müqavilənin növü – Müddətli

-Əməyin ödənilmə dərəcəsi- 15

-Əmək haqqı – 2183.00 azn/aylıq

-Əlavə məlumat – Faktiki işlənmiş hər iş günü üçün 3 azn yemək xərci

– İş şəraiti- Quruda

– İş rejimi -Tam iş vaxtı (həftədə 40 saat)

-Əlavə məlumat

-Yataqxana -Təmin olunmur

-İş yerinə çatdırılma -Təmin olunur

Aşağıdakı istiqamətlərdən avtobusla çatdırılma: Sumqayıt şəhəri, 3-cü mikrorayon, Lökbatan qəsəbəsi, Sahil qəsəbəsi, Badamdar, Kürdaxanı, Bakıxanov

-Sığorta -Tibbi, Həyat

Vəzifə öhdəlikləri (funksiyalar) :

-Xətti rəhbərlərlə təşkil edilmiş görüşlərdə iştirak etmək;

-Səriştəliklərin qiymətləndirmə sənədlərini sistemdə yaratmaq;

-Qiymətləndirmə tərəflərinə metodoloji dəstək göstərmək;

-Səriştəliklərin qiymətləndirilməsini yarımillik nəzərdən keçirmək, vaxtında və keyfiyyətlə tamamlanmasına nəzarət etmək;

-Səriştəliklərin qiymətləndirilməsi ilə bağlı şikayət və narazılıqları idarə etmək.

 -Biznes ekspertlərin seçilməsi məqsədilə idarə rəhbərliyinə metodoloji dəstək göstərmək;

-Yüksək və çox yüksək əhəmiyyətli vəzifələrin seçilməsində biznes ekspertlərə metodoloji dəstək göstərmək;

 -Təklif edilən yüksək və çox yüksək əhəmiyyətli vəzifələri ümumiləşdirilərək yekun siyahısını hazırlamaq və sistemə yükləmək;

 -Təsdiq olunan yüksək və çox yüksək əhəmiyyətli vəzifələri maraqlı tərəflərə göndərmək;

 -Yüksək və çox yüksək əhəmiyyətli vəzifələrin siyahısına müəyyən dövrlər üzrə yenidən baxmaq və təsdiq olunması prosesində iştirak etmək.

-Davamçıların müəyyən edilməsi məqsədilə rəhbər işçilərə metodoloji dəstək göstərmək və ilkin siyahını əldə etmək;

-Təkilf edilən davamçıların siyahısının yüksək və çox yüksək əhəmiyyətli vəzifələrin kvalifikasiya tələblərinə uyğunluğunu yoxlamaq;

-Müəyyən olunmuş davamçıların siyahısını sistemə yükləmək;

 -Davamçıların vəzifəyə təyin edilməsi prosesində zərurət yarandığı hallarda müsahibələrdə iştirak etmək;

-Təsdiq olunmuş davamçıların siyahısını maraqlı tərəflərə göndərmək.

-Fərdi inkişaf planlarını sistemdə yaratmaq;

-Fərdi inkişaf planlarının doldurulması zamanı işçilərə və təhkimçi rəhbərlərə dəstək göstərmək;

-Fərdi inkişaf planlarının icrasına, tamamlanmasına və qiymətləndirilməsinə Vəzifə öhdəlikləri (funksiyalar) nəzarət etmək;

-Effektivliyin idarə edilməsi üzrə xətti rəhbərlərlə təşkil olunmuş görüşlərdə iştirak etmək;

-Effektivliyin idarə edilməsi üzrə sistemdə zəruri əməliyyatları aparmaq;

-Strateji hədəflərdən qrup və fərdi hədəfləri formalaşdırmaq;

-Qrup və fərdi hədəflər üçün əsas səmərəlilik göstəricilərinin müəyyən edilməsinə nəzarət etmək;

-Dövri və yekun qiymətləndirmənin həyata keçirilməsinə nəzarət etmək;

 -Effektivliyin idarə edilməsi üzrə şikayət və müraciətləri idarə etmək;

-Təlim prioritetlərini müəyyən etmək;

 -Təşkilati səbəblərdən yaranmış təlim ehtiyaclarını müəyyən etmək;

-İş yerinin missiyası və məramı, strategiyaları və baza səriştəliliklərinə uyğun təlimləri müəyyən etmək; -İşçinin gördüyü işdən yaranmış təlim ehtiyaclarını müəyyən etmək;

-Vəzifə standartlarını analiz etmək və yaranmış təlim ehtiyaclarını müəyyən etmək;

-İşçinin individual təlim ehtiyaclarını müəyyən etmək;

-Standart inkişaf planları və fərdi inkişaf planlarına uyğun olaraq təlimləri müəyyən etmək;

-Təlim ehtiyaclarını toplamaq, təhlil etmək və ümumiləşdirmək.

Tələblər

-Vətəndaşlıq- Azərbaycan

-Yaş -18 – 65

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]