Azersun Holding qida mühəndisi axtarır

Mühəndis


İşəgötürən: Azersun Holding

Vakansiya: Qida mühəndisi

Son tarix: 24 iyun 2023

Tələblər:

-Qida mühəndisliyi, istehlak mallarının ekspertizası üzrə ali təhsilli olmalı;

-Azı 3 il iş təcrübəsi olmalı;

-İSO 9001, İSO 22000 sertifikatı olması;

-Qidaların keyfiyyət və təhlükəsizlik prinsiplərini bilməli;

-Fiziki və mikrobioloji analizlərin aparılması qaydalarını bilməli;

-Yanğından mühafizə və texniki təhlükəsizlik, əməyin mühafizəsi, istehsalat sanitariyası və gigiyenası qaydalarını bilməli;

-Kompyuter,avadanlıqlarla işləyə bilməli;

-Qida təhlükəsizliyi sertifikatının olmalı;

İş haqqında məlumat: 

-Yeməkxana ərazisində gigiyena qaydalarına əməl olunması;

-Qidaların keyfiyyət və təhlükəsizlik prinsiplərinə əməl edilməsinin təmin olunması və keyfiyyətinə nəzarətin həyata keçirilməsi;

-İşçi heyətinə mütəmadi olaraq təlimatların keçirilməsinin təmin olunması;

-Xammalın girişindən hazır məhsul çıxışına qədər nəzərəti saxlamalı;

-Fiziki və mikrobioloji analizləri izləməli;

-Günlük olaraq dequstasiya olunmalı və yeni məhsulların dadımını təhlil etməli;

-İstehsal sahəsi və anbarlarda tempiratur və nəmlik qeydləri aparılmalı;

-İstehsal prosesi izlənməli və uyğunsuzluqlar qeyd edilərək aradan qaldırılmalı;

İş yeri: Bakı şəhəri

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Qida mühəndisi” qeyd etməyiniz xahiş olunur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]