Azersun Holding inşaat layihə mühəndisi axtarır

İşəgötürən: Azersun Holding
Vakansiya: İnşaat layihə mühəndisi
Son tarix: 21 avqust 2022
Ümumi məlumatlar:
-İnşaat mühəndisliyi sahəsində ali təhsili olmalı;
-Müvafiq sahəyə uyğun ən azı 5 il iş təcrübəsinə sahib olmalı;
-Texniki və iqtisadi hesablamaların tərtib edilməsi və aparılması metodlarını bilməli;
-Avadanlıq və qurğuların istehsalı və quraşdırılması texnologiyaları, materialların növləri və xüsusiyyətləri (xassələri) haqqında biliklərə sahib olmalı;
-Müəllif nəzarəti jurnalının və gizli akt formalarının tərtibi qaydalarını bilməli;
-Hesabatların Lira və ya SAP2000 proqramında aparılamsı qaydasını bilməli;
-AutoCAD, Revit, Tekla və s. proqramları bilməlidir.
İş haqqında məlumat:
-İnşaat layihə sənədlərinin Tikinti məcələsi, Tikinti norma və qayda qanunlarına “СНиП” -ə uyğun olaraq hazırlanması və hazır layihələrin oxunması;
-Dəmir beton, metal konstruksiya, ağac və s. konsrtuksiyaların layihəyə uyğun hesabatlarının aparılması və layihələndirilməsi;
-Optimal konstruktiv həll variantlarının verilməsi;
-Layihəyə görə icra edilən işlərin layihəyə uyğunluğunun yoxlanılması;
-Geoloji və topoqrafik məlumatların oxunması və layihədə tətbiqi;
-Konsrtuksiya materiallarının layihəyə görə həcminin müəyyən edilməsi;
-Hazırladığı layihələrin FHN dövlət ekspertiza idarəsində müdafiə edilməsi və təhvil verilməsi.
Tələblərə cavab verdiyiniz təqdirdə hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə və ya CV–lərini [email protected] elektron ünvanına mövzu hissəsinə “İnşaat layihə mühəndisi” qeyd edərək göndərə bilərlər.
İş şərtləri: İş qrafiki: həftə içi 5 gün
İş yeri: Bakı və bölgələr
Vakansiyalar
-
48 dəq
Tanınmış şirkətə “İnsan resursları üzrə menecer“ tələb olunur -1500 MANATADƏK MAAŞ
- 1 saat, 1 dəq
- 1 saat, 7 dəq
- 4 saat, 33 dəq
- 4 saat, 49 dəq