AzerSphere baş mühasib axtarır

Mühasib


İşəgötürən: AzerSphere

Vakansiya: Baş mühasib

Son tarix: 25 may 2022

Tələblər:

-Əla səviyyədə Azərbaycan və Rus dili, orta səviyyədə İngilis dili biliyi;

-1C 8.3 Mükəmməl işləmə bacarığı;

-E-gov.az, e-taxes.gov.az portallarından istifadə etmə bacarığı;

-Maliyyə, mühasibatlıq və ya iqtisadiyyatın idarə edilməsi sahəsində ali təhsil;

-Mühasibatlıq sahəsində ən azı 5 illik iş təcrübəsi;

-MS Office və mühasibatlıq proqramlarından mükəmməl istifadə bacarıqları;

-İdarəetmə, ünsiyyət, işgüzarlıq və əməkdaşlıq qabiliyyəti;

-Milli və beynəlxalq uçot standartları üzrə biliklər;

-Vergi Məcəlləsi üzrə mükəmməl biliklər;

-İnkişaf etmiş rəhbərlik və təşkilatçılıq qabiliyyəti;

Hansı işləri görəcəksiniz:

-Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar aparacaq;

-Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin edəcək;

-Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərə tərtib və təqdim edilməsini təmin edəcək;

-Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;

-İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun hesablayacaq;

-Pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının aparılmasını təmin edəcək;

-Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin ciddi nəzarətdə saxlayacaq;

-Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivlənməsini təmin edəcək;

-Əsas vəsaitlərin, maddi-əmtəə sərvətlərinin və pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların mühasibat uçotu hesablarında vaxtında əks etdirilməsinə nəzarət etmək;

-Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri, çəkilən xərcləri və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək;

-Cəmiyyətin maliyyə vəziyyəti, daxil olan pul vəsaitləri, keçirilən maliyyə əməliyyatları və debitorlar barədə məlumatları hazırlayıb rəhbərliyə təqdim etmək;

-Xəzinə, təsərrüfat və bank əməliyyatların, əsas vəsaitlərin və öhdəliklərin, qeyri-material aktivlərin, az dəyərli əşyaların, material ehtiyatların və hesab-fakturaların uçotunu aparmaq;

-Əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib etmək.

-Şirkətlərlə bağlanan Müqavilələrinin, invoysların və digər maliyyə sənədlərin vaxtı vaxtında hazırlanması, yoxlanılması, göndərilməsi və nəzarət edilməsi

-Tender və Təchizat proseslərinində iştirak etmək və gedişi haqqında hesabatların hazırlanması

-Maliyyə Bazarlarına Nəzarət Palatası, Dövlət Sosial Müdafiə Fondu, Statistika Komitəsi və vergi orqanlarına təqdim olunan aylıq, rüblük və illik hesabatların hazırlanmasına nəzarət, hesabatların təqdim edilməsinin təmin edilməsi

Əlavə məlumatlar:

-Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;

-İş vaxtı: Bazar ertəsi – Cümə, 09:00 – 18:00; Şəndə 10:00-14:00;

-İstirahət günü: bazar

-Korporativ nömrə;

-İş yeri: Nərimanov r-nu, Əhməd Rəcəbli küç. 27A.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Baş mühasib” yazaraq 25.05.2022- ci il tarixinədək [email protected] elektron ünvanına göndərilməsi xahiş olunur. 

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]