AzerGold CJSC təmir işləri üzrə planlama mühəndis axtarır
İşəgötürən: AzerGold CJSC
Vakansiya: Təmir işləri üzrə planlama mühəndisi
Son tarix: 07 aprel 2023
Əsas vəzifə və öhdəliklər:
-Təhlükəsizlik, idarəetmə və istismar meyarlarını nəzərə alaraq planlaşdırılmış texniki təmir işlərinin həyata keçirilməsini planlamaq;
-Qeydiyyat kartlarının tərtib edilməsi, ehtiyyat hissələrin siyahılarının tərtibatı və yenilənməsi, Layihə üzrə dəyişikliklərin/modifikasiyaların tətbiqi, maşın və mexanizmlərin kartlarının tamamlanması, qurğu hissələrinin kartlarının, yoxlama
-kartlarının, yağlama və xidmət kartlarının, standart profilaktik təmir və qoruyucu yağlama kartlarının tərtibatı;
-Mexaniki təmir və Planlama üçün texniki təmir materiallarının və ehtiyat hissələrin siyahısının hazırlanması, hissələrin təmininin təşkili, təchizatında iştirak etmək və standartlaşdırılmasını təmin etmək.
-İllik sifarişlərə daxil olmayan ayrı-ayrı tələblərin təmin edilməsi və prosedurların həyata keçirilməsi;
CİL zavodda həyata keçiriləcək texniki təmir işlərinin təşkili;
-Avadanlıqların nasazlıqları üzündən baş vermiş dayanma hallarında avtomatlaşdırılmış texniki təmir və qüsurların araşdırılması ilə bağlı proqramların işlənib hazırlanması;
-Hər ay toplantıların, baş vermiş qəzalarla bağlı araşdırmaların təşkili;
-Qəzaların təkrarlanması ilə bağlı toplantılarda qəbul olunmuş qərarlara uyğun zəruri tədbirlərin həyata keçirilməsinin təmin edilməsi;
-Mexaniki təmir və planlama və sahəsinə aid işlərin digər şöbələrlə avadanlıqların texniki ədəbiyyatlarının və cizgilərin arxivləşdirilməsi, çatışmayan cizgilərin əldə olunması, bununla bağlı işlərin əlaqələndirilməsi və təşkili;
-Texniki təmirin avtomatlaşdırılmasının təmin olunması, hər ayın sonunda istismar və qəzaların təhlili ilə bağlı aylıq hesabatların hazırlanması;
-Texniki təmir heyətinin aylıq hesabatlarla bağlı işində iştirak etmək;
-İllik büdcənin hazırlanması, izlənilməsi və illik texniki təmir xərclərinin tərtibi;
-Planlama bölməsi ilə əlaqədar müxtəlif təlim materiallarının hazırlanması, işçi heyətinə təlim keçirilməsi, bölmənin işçilərin illik təlim ehtiyaclarının müəyyən edilməsi;
-Mövcud ilin büdcəsinə nəzarət və yeni ilin büdcəsinin tərtibi;
-Mexaniki təmir heyətinin fəaliyyətini izləmək, xidmətlə bağlı zəruri təlimatlar vermək və işin təşkilini dəyişmək səlahiyyətləri.
Tələb olunan bilik, bacarıq və səriştələr:
-Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis dili (yaxşı), Rus dili arzuolunandır. Microsoft Office,Ms Project, Primavera proqramlarından istifadə bacarığı;
-Avadanlıqların iş prinsipini və hissələri barəsində məlumatlı olmaq (əlvan metalların istehsalı)
-Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarını bilməlidir.
Tələb olunan təhsil və iş təcrübəsi:
-Mexanika, Sənaye və ya Elektrika ,Elektronika mühəndisliyi üzrə ali təhsil;
-Bu və ya oxşar sahədə (təmir planlaması) 3 il iş təcrübəsi.
İş qrafiki: Növbəli iş rejimi
CV-nin göndərilməsi üçün link
Vakansiyalar
-
2 gün, 22 saat, 50 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
4 gün, 21 saat, 42 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 4 gün, 22 saat, 16 dəq
- 5 gün, 16 saat, 22 dəq
- 6 gün, 11 saat, 36 dəq