Azerconnect texniki istismar mühəndisi axtarır (Gəncə, Şəki, Qarabağ)

Mühəndis


İşəgötürən: Azerconnect

Vakansiya: Texniki istismar mühəndisi (Gəncə, Şəki, Qarabağ)

Son tarix: 01 noyabr 2022

Funksiya: Şəbəkə Texnologiyaları
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. Sahədə
Son müraciət tarixi: 31 Oktyabr 2022

Texniki istismar mühəndisi olaraq sizin vəzifə öhdəlikləriniz

-Qrupun cavadeh olduğu ərazi daxilində, ona ayrılmış sahələrdə mobil və FIX rabitə şəbəkəsinin bütün elementləri üzrə nasazlıqları aşkar etmək, onları aradan qaldırmaq və məlumat bildirmək;

-Repeater və BSS şəbəkəsinin bütün elementləri üzrə qabaqlayıcı texniki xidmət fəaliyyətini təmin etmək. Bununla bağlı tələb olunan hesabatları hazırlayıb təhvil vermək;

-Üçüncü tərəfin sahəyə girişini təmin etmək və iş üzrə fəaliyyətləri həyata keçirən zaman onlara lazımi dəstəyi göstərmək;

-İşlə bağlı bütün tapşırıqların yerinə yetirilməsində texnikləri yönəldib işin düzgün icraatını tədris etmək və onlara lazımı dəstəyi göstərmək. Ehtiyyac olduqda digər mühəndisləri əvəz edə bilmək, habelə daşına bilən generatorları sahədə yerlşdirmək.

Vəzifənin tələbləri:

-Texniki ixtisas (Telekommunikasiya) üzrə ali təhsil;

-Telekomunikasiya, Enerji, Təhlükəsizlik texnikası ilə əlaqəli sertifikatlar.

-Telekommunikasiya sahəsində ən azı 1 il iş təcrübəsi;

-Azərbaycan və  ingilis dili  (rus dili arzuolunandır);

-Microsoft OS&Office proqramlarına dair biliklər

-Gərginlik altında işləmək, hündürlükdə işləmək, bacarıqları, sürücülük vəsiqəsi;

-Təzyiq altında işləyə bilmək;

-Şəmkirdə yaşaması üstünlükdür.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

CV-nin göndərilməsi üçün link

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]