Azerconnect İT test etmə üzrə mühəndis axtarır
İşəgötürən: Azerconnect
Vakansiya: İT test etmə üzrə mühəndis
Son tarix: 02 avqust 2022
Funksiya: İnformasiya Texnologiyaları
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz
Son müraciət tarixi: 1 avqust 2022.
İT Test etmə üzrə mühəndis Sizin vəzifə öhdəlikləriniz:
-Mövcud və yeni proqram təminatlarının, xidmətlərin və cihazların keyfiyyətinə nəzarət etmək;
-Yeni və mövcud xidmət və tətbiqlər üçün “ATP” və “UAT” testlərin hazırlanması;
-Məhsul tələblərini təhlil etmək, sınaq və istehsal mühitlərində tam dövr test ssenariləri və sınaq nümunələrini hazırlamaq və həyata keçirmək;
-Sənədlərin nəzərdən keçirilmə prosesində iştirak etmək;
-Test nəticələrini və məhsulun son vəziyyətini göstərən test hesabatları yaratmaq;
-Vendor və Azerconnect proqram təminatı tərtibatçıları və mühəndisləri ilə sıx əməkdaşlıq etmək və proqram təminatının keyfiyyəti ilə bağlı rəy bildirmək;
-Rəhbərlik tərəfindən verilən vəzifə ilə bağlı digər tapşırıqları yerinə yetirmək;
-Daxili qaydalara və prosedurlara riayət etmək ;
-TM (Targeted Marketing) ssenariləri üçün avtomatlaşdırılmış testlər yaratmaq, idarə etmək və həyata keçirmək.
Vəzifənin tələbləri:
-Bakalavr dərəcəsi , texniki sahəyə üstünlük verilir;
-Mobil şəbəkə üzrə biliklər arzu olunandır;
-Keyfiyyət idarəetmə metodologiyaları haqqında biliklər;
-Test sənədlərinin işlənməsi və inkişafı üzrə biliklər;
-Testetmə və keyfiyyət təminatı sahəsində təcrübəyə üstünlük verilir;
-Mobil rabitə sahəsində 1 il iş təcrübəsi;
-Java, JavaScript (başlanğıc) / HTML;
-UNIX/Linux;
-PL/SQL Proqramlaşdırma bilikləri;
-Microsoft Office proqramları üzrə qabaqcıl biliklər;
-Müştəri Xidmətləri və Billing proqramları üzrə əsas biliklərə üstünlük verilir;
-Azərbaycan və ingilis dili – yüksək səviyyədə, Rus dili biliyi üstünlükdür.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
CV-nin göndərilməsi üçün link
Vakansiyalar
-
23 saat, 6 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
2 gün, 21 saat, 58 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 2 gün, 22 saat, 32 dəq
- 3 gün, 16 saat, 38 dəq
- 4 gün, 11 saat, 52 dəq