Azerconnect işçilər axtarır

Mühəndis


Azerconnect yeni vakansiyalar tələb edir

1. Vakansiya: Şəbəkə Monitorinqi üzrə Operator

Son tarix: 20 may 2022

Funksiya: Şəbəkə Texnologiyaları
İş qrafiki: Növbəli
Son müraciət tarixi: 19 May 2022

Şəbəkə Monitorinqi üzrə Operator olaraq Sizin vəzifə öhdəlikləriniz:

-Radio və Transmissiya Şəbəkə elementlərinin vəziyyətinə nəzarət etmək;

-Əsas və Sabit Şəbəkə elementlərinin vəziyyətinə nəzarət etmək;

-İT və İntellektual Şəbəkə elementlərini monitorinq etmək;

-Şəbəkə (Radio, Transmissiya, Əsas, Sabit, İT) və ya abunəçi tərəfində yaranan hər hansı problemlərin qeydiyyatına, bu  haqda məlumat verilməsinə və məlumatın yayılmasına görə məsuliyyət daşımaq;

-Şəbəkədən maksimal şəkildə istifadəsi və müştəri məmnuniyyəti üçün bütün planlaşdırılmış işlərə yardım etmək və dəstək olmaq;

-Müvafiq təhlükəsizlik qaydaları və prosedurlarına riayət etmək və onların riayət olunmasına nəzarət etmək.

Vəzifənin tələbləri:

-Telekommunikasiya və ya informasiya texnologiyaları üzrə ali təhsil;

-Telekommunikasiya şəbəkə sahəsində təcrübə;

-Azərbaycan dili – əla, Rus və İngilis dilləri – orta;

-MS Ofis proqramlarını – orta;

-Yeni texnologiyaların yaranmasını və telekommunikasiyanın inkişafını əməl etmək.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

CV-nin göndərilməsi üçün link

2. Vakansiya: Tərəfdaşlıq üzrə ekspert

Son tarix: 11 may 2022

Vakansiya haqqında:

Funksiya: Marketinq
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz
Son müraciət tarixi: 10.05.2022

Tərəfdaşlıq üzrə ekspert kimi sizin vəzifəniz Rəqəmsal məhsulların, Əşyaların interneti həllərinin, bütün digər partnyor məhsul/xidmətlərini idarə edilməsi, gəlir hədəflərinin çatdırılması və müştəri məmnuniyyətinə nəzarət edilməsindən ibarət olacaqdır.

Sizin əsas vəzifə öhdəlikləriniz:

-Rəqəmsal məhsulların, Əşyaların interneti həllərinin, bütün digər partnyor məhsul/xidmətlərini idarə etmək

-Kommersiya və brend strategiyalarına uyğun  Rəqəmsal məhsulların, Əşyaların interneti həllərinin, bütün digər partnyor məhsul/xidmətlərini  yol xəritələrini hazırlamaq

-Yerli və beynəlxalq bazardakı trendləri izləmək və ən yaxşı təcrübələri tətbiq etmək

-Düzəldici və qabaqlayıcı tədbirlər həyata keçirməklə  Rəqəmsal məhsulların, Əşyaların interneti həllərinin, bütün digər partnyor məhsul/xidmətlərini  davamlı olaraq inkişaf etdirmək

-Konsepsiyanın yaradılmasından dizayn və hazırlanma daxil olmaqla məhsulun bazara təqdimatına  qədər bütün   Rəqəmsal məhsulların, Əşyaların interneti həllərinin, bütün digər partnyor məhsul/xidmətlərini  ümumi inkişaf prosesini idarə etmək

Sizdən tələb olunan təhsil və iş təcrübəsi:

-Telekommuniasiya, İdarəetmə, Biznes, İqtisadiyyat və ya müvafiq sahələr üzrə Ali Təhsil 

-Məhsul və layihələrin idarəedilməsi üzrə ən azı 2 il iş təcrübəsi

-Partnyorlarla ən azı 2 il iş təcrübəsi 

Sizdən tələb olunan bacarıq və səriştəliklər:

-Araşdırma və təhlil bacarıqları

-Müştəri yönümlü 

-Problem həll etmə qabiliyyəti

-Komanda işi və əməkdaşlıq etmə bacarığı

-Nəticə yönümlü 

-GSM üzrə bilik

-Peşəkar ünsiyyət

-MS Office proqramlarını bilmək

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

CV-nin göndərilməsi üçün link

3. Vakansiya: Şəbəkə Monitorinqi üzrə Mühəndis

Son tarix: 20 may 2022

Funksiya: Şəbəkə Texnologiyaları
İş qrafiki: Növbəli
Son müraciət tarixi: 19 May 2022.

Şəbəkə Monitorinqi üzrə Mühəndis olaraq Sizin vəzifə öhdəlikləriniz:

-Avadanlıqların və şəbəkə səviyyəsinin kəsilməsini qeyd etmək və problemin start/stop barədə müvafiq bölmələri xəbərdar etmək;

-Müştəri problemlərini həll etmək və düzəliş tədbirləri tətbiq etmək;

-Radio/Transmissiya/Əsas/Sabit/İT şəbəkələrdə planlaşdırılmış tədbirlər kateqoriyalarının kontrolu və yoxlaması;

-Sahələrə girişin kontrolu, sahələrdə işlərin qeydiyyatı və izlənilməsi;

-Radio/Transmissiya/Əsas/Sabit/İT şəbəkələr parametrlərinin 24/7 monitorinqi üçün element idarəetmə sistemlərindən istifadə etmək və şəbəkənin etibarlılığını təmin etmək üçün performans vasitələrindən istifadə etmək;

-Radio/Transmissiya/Əsas/Sabit/İT şəbəkələrinin normal işləməsi, konfiqurasiyası və saxlanılması üçün müxtəlif bölmələrlə əməkdaşlıq etmək;

-Rəhbərlik tərəfindən vəzifə ilə bağlı verilən hesabatlari və digər tapşırıqları yerinə yetirmək;

-Zəruri əməliyyat siyasətinin və prosedurlarının aktual olmasını və düzgün şəkildə yerinə yetirilməsini təmin etmək;

-Biliklər paylaşmaq.

Vəzifənin tələbləri:

-Telekommunikasiya və ya informasiya texnologiyaları üzrə ali təhsil;

-Radio/Transmissiya/Əsas/Sabit/İT Şəbəkələr üzrə biliklər;

-Telekom protokolları üzrə biliklər;

-Avtomatlaşdırma vasitələri və texnika üzrə biliklər;

-Telekommunikasiya və ya informasiya texnologiyaları sahəsində ali təhsil və ya Telekommunikasiya  sahəsində minimum 1 il iş təcrübəsi;

-Azərbaycan dili – əla, Rus və İngilis dilləri – orta;

-MS Ofis proqramlarını – orta;

-Yeni texnologiyaların yaranmasını və telekommunikasiyanın inkişafını əməl etmək.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

CV-nin göndərilməsi üçün link

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]