Azerconnect giriş şəbəkəsinin tutumunun idarə edilməsi üzrə mühəndis axtarır

Mühəndis


İşəgötürən: Azerconnect

Vakansiya: Giriş şəbəkəsinin tutumunun idarə edilməsi üzrə mühəndis

Son tarix: 27 noyabr 2022

Funksiya: Şəbəkə Texnologiyaları
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək. İşin tələblərinə əsasən ofisdən və evdən çalışa biləcəksiniz
Son müraciət tarixi: 30 Noyabr 2022

Giriş şəbəkəsinin tutumunun idarə edilməsi üzrə mühəndis  olaraq Sizin vəzifə öhdəlikləriniz:

-2G, 3G və 4G Giriş Şəbəkəsi elementlərinin inteqrasiyası üzrə planlaşdırma və planların (ilkin məlumat bazasına malik olan əmrlərin) hazırlanması;

-Şəbəkə keyfiyyət göstəricilərinə negativ təsirlərin qarşısını almaqdan ötrü 2G, 3G və 4G  şəbəkə elementlərinin real və qeyri-real vaxt rejimləri üçün analiz edilməsi;

-2G, 3G və 4G şəbəkələrinin tutumunun artırılması üzrə sorğuların verilməsi;

-Mobil Rabitə Operatorlarının tələbləri və proqnozları ilə bağlı qısa və uzunmüddətli Tutum və İnkişaf Planlarının hazırlanması;

-Giriş şəbəkəsinin tutumunun optimizasiya edilməsi üçün şəbəkə statistikasının təhlili;

-Davamliı olaraq şəbəkənin trafikını nəzarətdə saxlamaq və trenddə olan dəyişiklikləri izləməklə hər bir potensial resurs sıxıntısını qabaqcadan müəyyənləşdirmək və düzəliş işlərini yerinə yetirmək;

-Xidmətin keyfiyyəti və davamlılığının artırılması üçün xüsusi fəaliyyət sahəsi (Şəbəkə/Səs/Data) üzrə layihələrə təşəbbüs göstərilməsi, layihələrin dizaynı və işlənib hazırlanması;

-Texniki tələbləri qarşılayan yeni təşəbbüsləri araşdırmaq.

Vəzifənin tələbləri:

-Texniki Bakalavr dərəcəsi;

-Telekom/IT sahəsində 2 illik təcrübə;

-Dil və kompyuter proqramları bilikləri: Azərbaycan, Rus, İngilis, Təkmilləşdirilmiş MS Office və Access- əsasları,  Planlama və Optimizasiya proqramları (MapInfo, Google Earth və s.);

-4G/3G/2G Radio Giriş Sistemi-Fundamental Səviyyə;

-Lazım gələrsə, bölgələrə işgüzar səfərlər 

-Giriş Şəbəkəsi KPI-ni hədəfdə saxlamaq/təkmilləşdirmək;

-Giriş Şəbəkəsinin araşdırılması və keyfiyyətinin təkmilləşdirilməsi

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

CV-nin göndərilməsi üçün link

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]