Azerbaijan SuperMarket elektrik mühəndisi axtarır
İşəgötürən: Azerbaijan SuperMarket
Vakansiya: Elektrik mühəndisi
Son tarix: 26 oktyabr 2022
Yerləşmə: Baş ofis
Şöbə: Tikinti şöbəsi.
Vəzifə öhdəlikləri:
-Kompleks tikinti sistemlərinin məlumatlandırlması, istiqamətləndirilməsi və istismara verilməsi üzrə layihələrin elektrik infrastrukturunu anlamaq;
-Tender təkliflərinin qiymətləndirilməsi və təhlilinin hazırlanmasında iştirak etmək;
-Əməliyyat və istismar xərclərinin azaldılması, istismar müddəti və kapital dəyişdirilməsi xərcləri və enerji istehlakının məhdudlaşdırılması üçün layihənin təhlili proseslərində iştirak etmək;
-Layihələrin ilkin-əməliyyatlar və əməliyyatlar mərhələlərində, o cümlədən elektrik sisteminin seçilməsində fəal iştirak etmək;
-Müəssisə daxili maliyyə smetasının qiymətləndirmək, layihələr üzərində kodların və zona bölgüsünün təsvir etmək, xərcləri optimallaşdırmaq;
-Mexaniki/elektrik koordinasiya prosesinə nəzarət etmək;
-Sistematik konstruktivlik icmalı;
-İstismar müddətinin təhlili də daxil olmaqla elektrik sistemini seçilmək;
-Elektrik sistemi tənzimləyicisi seçimlərini təhlil etmək və sistemlə bağlı tövsiyyələr vermək;
-Avadanlıqların nasazlıqlarını araşdırmaq və xətalı əməliyyatların səbəbini müəyyənləşdirmək;
-Müştərilərə tövsiyələr vermək;
-Layihənin həyata keçirilməsi zamanı konstruktiv dəyişikliklərə nəzarət etmək;
-Alt-sistem fəaliyyətini və tələblərin dəyişdirilməsi və ya yenilənməsini qiymətləndirilmək məqsədilə qurğuların idarə olunması üzrə ətraflı texniki məlumat vermək;
-Müştərilər, podratçılar, memarlar və layihənin digər komanda üzvləri ilə bütün qarşılıqlı əlaqələr zamanı şirkəti təmsil etmək;
-Texniki baxış üzrə məsul əməkdaşların işini planlaşdırmaq, prioritetləşdirmək, təyin etmək, onlara nəzarət etmək və yoxlamaq, eləcə də bu əməliyyatlarda iştirak etmək;
-Avadanlıqlara texniki baxış keçirilməsi üzrə cədvəl və metodlar hazırlamaq, resurs tələbatlarını müəyyənləşdirmək, müvafiq idarəetmə heyəti ilə birgə ehtiyacları müzakirə etmək, resursları müvafiq qaydada bölüşdürmək;
-Quraşdırma, təftiş, təmir işlərinə, nasazlığın aradan qaldırılmasına və binaların, infrastrukturların və müəssisə avadanlıqlarının gündəlik texniki baxışına nəzarət etmək;
-Bütün müəssisələr və avadanlıqlar üçün profilaktik baxış və təhlükəsizliyin yoxlanılması proqramları yaratmaq və həyata keçirmək;
-Ətraf mühit, sağlamlıq və təhlükəsizlik prinsiplərinə riayət olunması məqsədilə binaların və qurğuların yaxşı vəziyyətdə saxlanılması üzrə məsuliyyət daşımaq;
-Podrat işinin təşkili üçün podratçılarla qarşılıqlı əlaqələr qurmaq;
-Sualları cavablandırmaq və ictimaiyyəti məlumtalandırmaq;
-Şikayətləri araşdırmaq və onların həlli üçün müvafiq işlərin görülməsi barədə tövsiyyələr vermək;
-Şikayətləri qeyd etmək və onlar barədə Menecerinə həftəlik hesabat vermək;
-Ehtiyac olduqda müvafiq əlavə vəzifələri yerinə yetirmək.
Vəzifə üzrə tələblər:
Biliklər
-Elektrik mühəndisliyi və ya aidiyyati sahə üzrə ali təhsil.
-Sahə üzrə yerli ve xarici standartlar üzrə biliklərə malik olmaq (EN,NFPA,DIN,BS,Local Norms &Regulation,IEC,IEEE)
-Zəif orta axım, torpaqlama, işıqlandırma, hesablama, güc sistemləri üzrə biliklərə malik olmaq
-İngilis dili üzrə orta səviyyədə yazı və danışıq qabiliyyətinə malik olmaq.
-Kompüter bilikləri (Microsoft office, AutoCAD)
Tələb olunan bacarıqlar:
-Şifahi və yazılı təlimatları başa düşmək və yerinə yetirmək bacarığı.
-Təhlükəsiz və səmərəli şəkildə işləmək bacarığı.
-Təzyiq altında işləmək bacarığı.
-Prioritetləri təyin edə, resursları bir yerə yığa və əməliyyatların effektivliyini idarə edə bilməlidir.
-Nəzarət olunan mühitdə sənədləşdirməni dəqiq yerinə yetirmək bacarığı.
İdeal namizədə tələblər:
-Düzgün iş prosesi qurmaq bacarığı
-Güclü ünsiyyət bacarıqları
-Problemləri vaxtında müəyyənləşdirmək və həll etmək
-Vaxta əhəmiyyət vermək və ondan səmərəli istifadə
-Müstəqil və ya komanda ilə işləmə bacarığı
Əsas xüsusiyyətlər:
-Yaxşı komanda təşkilatçısı
-Yüksək motivasiyalı
-Sakit, işə professional yanaşan
-İş yoldaşlarına hər zaman məsləhət verməyə və dəstək göstərməyə həvəsli
-Eibarlı və güvənilə bilən, nəzarətsiz işləyə bilən
Maraqlanan namizədlər [email protected] email ünvanına “Elektrik mühəndisi” başlığı ilə müraciət edə bilər.
Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
-
2 ay, 2 həftə, 1 gün, 1 saat, 19 dəq
Böyük marketlər şəbəkəsi iş təcrübəsi və təhsili olmayanları işə dəvət edir
- 6 ay, 2 həftə, 4 gün, 2 saat, 14 dəq
- 7 ay, 2 həftə, 4 gün, 4 saat, 7 dəq
- 10 ay, 3 həftə, 1 gün, 22 saat, 52 dəq
-
11 ay, 3 gün, 18 saat, 23 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır