“AVT Logistics” şirkətinə xərclər üzrə mühasib tələb olunur

Mühasib

avtlogistic


Şirkət: AVT Logistics MMC
-Vəzifə: Xərclər üzrə mühasib
-İş yeri: Bakı şəhəri,Məhəmmədi qəs.
-İş təcrübəsi: Müvafiq sahə üzrə 1 il
-Təhsil: Ali iqtisadi təhsil
 
İşin Təsviri:

Xərclərin və gəlirlərin sistemə tanıdılması, ehtiyat hissələrinin hesabatının və carilərin ümumi qalıqlarının yoxlanılması, ödənişlərin Tiger proqramı üzrə izlənilməsi, müvafiq sənədlərin ödəniş üçün hazırlanması və beynəlxalq daşımalar üzrə nəqliyyat ödənişlərini həyata keçirir.
 
Vəzifə öhdəlikləri:
–  Müvafiq mühasibatlıq sənədləri əsasında xərclərin uçotunu aparmaq
-Ay ərzində işlənmiş bütün xərc və gəlirlərin əvvəlki ayalarla müqayisə edilməsi, mühüm fərqlərin araşdırılması;
–  Hesabatlarda yaranan problemləri təchizat əməkdaşlarına bildirmək və həllinə dair təkliflər vermək;
– Yerli və xarici kreditor nəqliyyat şirkətlərinin sənədlərinin ödəniş üçün hazırlanmasını təmin etmək ( nəqliyyat daşımaları edilən şirkətlərin və sifarişlərin yoxlanılması)
–  Müştərək və xarici nəqliyyat şirkətləri ilə Beynelxalq daşıma qalıqları üzrə üzləşmənin edillməsi (sifarişlərin müştərək şirkətlərə göndərilməsi, həmçinin keçmişdən qalan borclar ilə birlikdə aylıq üzləşmənin yekunlaşdırılması)
– Müştərək şirkətlərə təhvil-təslim aktlarının hazırlanması, EVHF-nın göndərilməsi və ödənişlərin izlənilməsi;
– Ehtiyat hissələrinə aid sifarişlər və qaimələrdəki malların dəyər və saylarının eyniliyini yoxlamaq, satınalma və ödənişin eyni caridə olmasına nəzarət etmək və satınalma vərəqi ilə müqayisə aparmaq;
 
Tələblər:
–  MS Office proqramları biliyi;
– Analitik düşünmə bacarığı və statistik göstəricilərlə işləmə qabiliyyəti;
– Məsuliyətli və çalışqan;
– Problemləri həll etmə bacarığı;
 
Əmək haqqı:  Müsahibə əsasında təyin olunur.
 
Təminatlar:
– İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
– Nahar ilə təmin edilmə;
–  Endirimli tibb xidməti;
– 5 günlük iş qrafiki;
 
Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “Xərclər üzrə mühasib” yazıb CV göndərməklə müraciət edilir.


©️ 2022

070 231 45 70

[email protected]