AVRORA “Kimyaçı-mühəndis” axtarır
AVRORA MMC “Kimyaçı-mühəndis” vəzifəsi üzrə vakansiya elan edir!
Əsas vəzifə öhdəlikləri :
– İstehsal olunan məhsulun fiziki -kimyəvi analizləri və orqonoleptik göstəricilərinə nəzarət edilməsi;
– İstehsal olunan məhsullar üzrə xammal, yarımfabrikat və hazır məhsulların mövcud standart və texniki şərtlərə müvafiqliyinin təyin edilməsi üçün laboratoriya analizlərinin aparılması;
– Hər gün istehsal olunan məhsulların qeydiyyatının aparılması;
– Testlərin icrası zamanı müşahidələrin və nəticələrin müəyyən edilmiş qayda ilə səliqəli şəkildə qeyd edilməsi;
– Testlərin icrası zamanı keyfiyyət proseduralarına riayət edilməsi, bu zaman yaranan qeydlərin qayda ilə səliqəli şəkildə, tam dolğun aparılması.
Tələb olunan bilik və bacarıqlar :
-Laboratoriya cihazları ilə işləmə və onları tənzimləmə bacarığı;
-Yüksək qavrama və öyrənmə qabiliyyəti;
-İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
-Spirtli içki istehsalı sahəsində çalışma imkanının olması.
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri :
-Təhsil: Ali bakalavr (kimya, biologiya sahəsində);
– İş təcrübəsi: Kimyaçı – laborant və ya laborant- mikrobioloq olaraq minimum 1 il iş təcrübəsi (Qida istehsalı sahəsi üzrə təcrübə üstünlükdür).
İş şərtlərimiz :
– İş qrafiki: Növbəli;
– İş yeri: Avrora Sənaye Parkı (Hökməli qəsəbəsi);
– Nahar və servis şirkət tərəfindən təmin olunur.
Biz nə təklif edirik :
– Əmək bazarında rəqabətli əməkhaqqı;
-İşçilərə qayğı proqramı;
-Peşəkar komanda mühiti;
-Təlim və inkişaf imkanları;
– Sağlamlıq sığortası.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Kimyaçı-mühəndis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Vakansiyalar
- 3 saat, 21 dəq
-
19 saat, 37 dəq
Leading Online Casinos Australia: Highly Regarded Real Money Gaming Sites 2024
- 22 saat, 24 dəq
- 23 saat, 48 dəq
-
1 gün, 1 saat, 9 dəq
Mastering Live Roulette Online Australia: A Comprehensive Guide