Aqrar sektor ilə işləyən tanınmış şirkətə “İnsan Resursları Şöbəsinin Rəhbəri” tələb olunur

Aqrar İnnovasiya və Təchizat Şirkəti “İnsan Resursları Şöbəsinin Rəhbəri” vakansiyasını elan edib.
Namizədə olan tələblər:
-Ali təhsil (İnsan Resursları İdarə olunması, Menecment, İqtisadi sahələr üzrə ali təhsil arzuolunandır);
– İnsan resursları sahəsində təcrübə minimum 5 il;
-AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini bilməli;
-İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olması;
– İşə qəbul prosesinin əsas qaydalarını bilməli;
– Dil bilikləri: İngilis və Rus dilləri üstünlükdür.
Vəzifə öhdəlikləri:
– Şöbə əməkdaşlarının gündəlik fəaliyyətlərinə nəzarət etmək, dəstək olmaq və işlərin planlaşdırılmasını həyata keçirmək;
– Bütün şöbələr üçün işə qəbul planının hazırlanması və şöbə müdirləri ilə lazım olduqda düzəlişlərin edilməsi;
– Daxili prosedurların yazılması və mövcud prosedurların ehtiyac olduğu halda günün tələblərinə uyğun dəyişdirilməsi;
– İR Şöbəsinin illik planının həyata keçirilməsinin koordinasiyası və nəzarəti;
– Vakansiyalar üzrə müraciət etmiş namizədlərlə görüşlərin keçirilməsi;
– Əmək haqqı və vəzifə dəyişiklikləri ilə əlaqədar sorğuların ilkin cavablandırılması və təsdiqə göndərilməsi;
– Əmək müfəttişliyindən daxil olan sorğuların cavablandırılması;
– Əməkdaşların peşəkar səviyyələrinin artırılması məqsədilə təlim və tədris proseslərinin təşkilinin həyata keçirilməsi;
– Əməkdaşların məlumat bazasının hazırlanmasına və mütəmadi olaraq yenilənməsinə nəzarətin edilməsi;
– Şirkətdə mövcud vəzifələrə dair vəzifə təlimatlarının hazırlanması və yenilənməsi prosesinə dəstək;
– Kargüzarlıq işlərinin təhlil olunması və idarə olunması.
İş şərtlərimiz:
-Əmək haqqı: 2000 – 2200 AZN;
– İş qrafiki : Tam iş günü (5 gün);
– İş saatları: 08:30-17:30;
– Çalışacağınız ünvan: Ziya Bünyadov 1965, “Çinar Park” Biznes Mərkəzi 1-ci bina, 3-cü mərtəbə;
– Şirkət hesabına korporativ nömrə.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “İnsan Resursları Şöbəsinin Rəhbəri” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.
Vakansiyalar
- 23 saat, 15 dəq
- 2 gün, 10 dəq
- 2 gün, 24 dəq
- 2 gün, 18 saat, 47 dəq
- 2 gün, 18 saat, 52 dəq