Aparıcı mühasib və mühasib tələb olunur
Mühasib

1. Aparıcı mühasib tələb olunur Əmək haqqı; 1000-1500 AZN; Şirkət: C&S Group İş barədə məlumat: - Həftə içi 5 gün stabil iş rejimi (saat 09:00-dan 18:00-dək), şənbə - bazar istirahət günləri; - Vergi və mühasibat hesabatlarının tərtib olunması, qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsi; - Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması; - E-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmək; - Bank və kassa əməliyyatlarının düzgün aparılması; - E-Qaimə fakturaların yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı; - ƏDV,ÖMV, DSMF və Statistika hesabatlarının aidiyyatı orqanlara göndərilməsi; - Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi; - Qanunvericiliklə tələb olunan digər əməliyyatlar; - Rəsmi əmək müqaviləsi ilə iş; - Əmək haqqı; 1000-1500 AZN; - Şirkət fəaliyyəti: Mühasibatlıq və maliyyə, hr, hüquq xidmətləri. - Ünvan: Zərifə Əliyeva küç.,55, Yeni Hayat Plaza. Namizədə tələblər: - Ali təhsil (maliyyə və mühasibat sahələrinə üstünlük verilir); - Azərbaycan və rus dilini səlis bilmək; - Yaş həddi: 26 – 40; - Minimum 3 il iş təcrübəsi; - AR Vergi və Əmək məcəlləsini yüksək səviyyədə bilməsi; - AR qanunvericilik aktlarını və normativ hüquqi sənədlərdən məlumatlı olmaq; - Ofis proqramlarından yüksək səviyyədə istifadə bacarığı; - Fərdi qaydada və komandada işləmək bacarığına malik olmaq; - Məsuliyyətli və məsələlərin həllində təşəbbüskarlıq; - Analitik təhlil etmə və proaktiv düşünmə bacarığının olması; - Xanım namizədlərə üstünlük veriləcəkdir. Maraqlanan şəxslərdən cv-lərini “aparıcı mühasib” başlığı altında [email protected] elektron ünvanına göndərməsi xahiş olunur. Namizəd seçimi yalnız cv qəbulu üzrə aparılır. 2. Mühasib tələb olunur Şirkət: C&S Group İş barədə məlumat: - Mühasibat uçotu üzrə sənədləşmələrin təşkili; - Vergi və mühasibat uçotunun aparılması; - Kassa, bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi; - Gündəlik və aylıq hesabatların tərtib edilməsi; - Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması; - İş qrafiki: bazar ertəsi - cümə (09:00-18:00) , nahar 13:00-14:00; - Əmək haqqı; 800 – 1000 azn; - AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə; Namizədə tələblər; - Maliyyə – mühasibatlıq yönümlü ali təhsil; - Qeyd olunan sahə üzrə minimum 2 il iş təcrübəsi; - Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı; -Elektron hökümət portallarında işləmə bacarığı; - Vergi, əmək qanunvericiliyi üzrə məlumatlı; - Verilən tapşırığı vaxtında və dəqiq yerinə yetirə bilən; - Azərbaycan və rus dilini səlis bilmək; - Xanım namizədlərə üstünlük veriləcəkdir; - İşgüzar, məsuliyyətli, kollektivdə işləmə bacarığı; - Yaş həddi: 25-40; Maraqlanan şəxslərdən cv-lərini “mühasib” başlığı altında [email protected] elektron ünvanına göndərməsi xahiş olunur. Namizəd seçimi eletron ünvana daxil olan cv-lər əsasında aparılacaqdır.
Vakansiyalar
- 1 gün, 18 saat, 32 dəq
- 5 gün, 18 saat, 22 dəq
- 5 gün, 18 saat, 25 dəq
- 6 gün, 11 saat, 40 dəq
- 6 gün, 12 saat, 22 dəq