Aparıcı mühasib axtarılır
İşəgötürən – Milk-Pro
Vəzifə öhdəlikləri:
Müəssisələr tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsi;
Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi;
Mühasibat uçotu məlumatlarına dair şirkətilərin maliyyə fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsində iştirak;
Maliyyə Bazarlarına Nəzarət Palatası, Dövlət Sosial Müdafiə Fondu, Statistika Komitəsi və vergi orqanlarına təqdim olunan aylıq, rüblük və illik hesabatların hazırlanmasına nəzarət, hesabatların təqdim edilməsinin təmin edilməsi;
Kontragentlərlə sənədləşmələrin nizamlanması;
İşçilərin əmək haqlarının və digər ödənişlərinin hesablanması, gündəlik kassa əməliyyatlarının qeydiyyatı, online bank əməliyyatlarının icra edilməsi;
AR əmək məcəlləsinə uyğun sənədləşmə və müqavilələrin tərtib olunması, həmçinin E-Qaimə və fakturalarının hazırlanması, yazılması və təqdim edilməsi;
Uçot sisteminin, təqdim olunan hesabatların avtomatlaşmasının təmin edilməsi;
Vergi və digər qanunvericilik yeniliklərini yaxından izləmək və Şirkətilərin vergi siyasətinin aktuallığını qoruması istiqamətində işlər aparmaq.
Tələblər:
Mühasibatlıq, maliyyə, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
Müvafiq sahə üzrə minimum 2-3 il iş təcrübəsi;
Mühasibatlıqla bağlı yerli qanunvericilik və vergi məcəlləsi üzrə üstün biliklər;
1C/8.3 proqramını yüksək səviyyədə bilmək;
ACCA (F3,F7) sertifikatlarının olması üstünlükdür;
MS Office proqramlarını (xüsusilə Excel) yüksək səviyyədə bilməli.
İş barədə məlumat:
Həftədə 6 iş günü (bazar ertəsi – cümə, şənbə qısa iş günü)
İş saatları 09:00-17:00
Əməkhaqqı 1200-1500 azn (Namizədə uyğun olaraq)
Ünvan Hövsan qəs.
Maraqlanan şəxsər, CV-nizi [email protected] adresinə göndərin.
Vakansiyalar
-
11 saat, 17 dəq
Online Slot Machine Best Payment: Exactly How to Maximize Your Profits
-
2 gün, 17 saat, 34 dəq
How Infrastructure Affects Worker Efficiency in Smart Cities
-
5 gün, 23 saat, 23 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
1 həftə, 22 saat, 15 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 1 həftə, 22 saat, 49 dəq