Altus Engineering Group elektrika üzrə mühəndis

İşəgötürən: Altus Engineering Group
Vakansiya: Elektrika üzrə mühəndis
Son tarix: 11 may 2022
Əsas vəzifə öhdəlikləri:
-Elektrik işləri üzrə ilkin layihələrin hazırlanmasında iştirak etmək;
-Sənaye təyinatlı və digər bina və obyektlərdə elektrik quraşdırma işlərini layihələndirmək, təkmilləşdirmə işlərini aparmaq
-Sənaye bina və tikililərinin, daxili və xarici işıqlandırma sistemlərinin, aşağı və yüksək gərginlikli elektrik təchizatı şəbəkələrinin layihələndirilməsi;
-Elektrik yükünün hesablanması;
-Sifarişçinin texniki tapşırığına əsasən layihə sənədlərinin işlənilməsi və razılaşdırılması;
-Elektrik təchizatı və işıqlandırma üzrə layihə və işçi sənədlərin işlənilməsi;
-Müxtəlif təyinatlı tikili və təmir işlərinin texniki cizgilərin AutoCAD vasitəsi ilə çəkilməsi;
-Layihələrdə təmir-tikinti işlərinə nəzarət, konstruksiya işlərinin düzgün təşkil edilməsi;
-Layihələrin yerinə yetirilməsi zamanı qüvvədə olan SniP, qaydalar, standartlar və digər texniki və normativ sənədlərin tələblərinə riayət olunması;
-Tabeliyində olan işçilərin işlərini təşkil etmək və onlara nəzarət etmək;
Namizədə tələblər:
-İxtisası üzrə ali təhsil;
-Müəssisənin enerji təchizatının təşkilini, elektrik avadanlıqlarının istehsal gücünü, texniki xarakteristikasını, konstruktiv xüsusiyyətlərini, iş rejimini və onların istismarı hesablama qaydasının bilməli;
-Elektrik sahəsinə aid təhlükəsizlik qaydalarını bilmək;
-Elektrik sxemlərini tərtib etmək bacarığı;
-Sxemlərə uyğun elektrik şəbəkələrinin montaj aparmaq bacarığına üstünlük verilir;
-Elektrik materialları və aksesuarlarını tanımaq, xüsusiyyətlərini bilmək və onlardan istifadə etməyi bacarmaq;
-Azərbaycan və Rus dilinin yüksək səviyyədə olması, ilkin İngilis dili biliyi;
-Kompüter bilikləri (MS Office , Autocad və xüsusi proqram təminatlarında sərbəst işləmə bacarığı);
-Komandada işləmə bacarığına malik olmalı;
-İşgüzar və məsuliyyətli olmalı;
Maraqlananlar şəkil əlavə olunmuş CV-lərini subject yerində “Elektrika üzrə mühəndis” qeyd edərək göndərə bilərlər.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
-
1 gün, 3 saat, 33 dəq
İri Holdinq “İnsan resursları üzrə mütəxəssis” axtarır (Cəbrayıl)
-
1 gün, 3 saat, 47 dəq
Daşınmaz əmlakların araşdırılması üzrə kiçik mütəxəssis axtarılır
- 2 gün, 2 saat, 31 dəq
-
2 gün, 4 saat, 9 dəq
Kapital Bank kredit risklərinin modelləşdirməsi şöbəsinə mütəxəssis, aparıcı, baş mütəxəssis axtarır
- 2 gün, 4 saat, 10 dəq