Almep Engineering Group baş mühəndis axtarır

Mühəndis


İşəgötürən: Almep Engineering Group

Vakansiya: Baş mühəndis

Son tarix: 06 iyul 2023

Vəzifə funksiyaları üzrə tələblər:

-Layihə-smeta sənədlərini, iş həcmləri və spesifikasiyaları analiz edir;

-Tabeçiliyində olan mühəndis heyətinini və subpodrat şirkət heyətini kordinasiyasını təmin edir;

-Yeni texnika və texnologiyanın işlənib hazırlanması və tətbiqini təşkil edir;

-Layihələrin plan-smetaların və qrafiklərin düzgün tərtib edilməsini və onun əsasında bir neçə sayda tikinti layihələrinin fəaliyyətinə rəhbərliyi həyata keçirir;

-Layihədə olan uyğunsuzluqların müəyyən edir və müvafiq həll yollarının müəyyən edilməsi;

-Smeta ilə layihə arasında olan uyğunsuzluqların müəyyən edilməsi və düzgün iş həcmlərinin hesablanaraq tərtib edir;

-İşin yerinə yetirilməsində Risklərin Qiymətləndirilməsi və təhlükəsiz iş metodunun hazırlanması;

-İşlərin İcra Aktlarının hazırlayır;

-İcra aktları əsasında material, invertar, maşın-mexanizm, avadanlıq və s. sərfiyatının hesablanması və müvafiq hesabatların tərtib edir;

-Layihəyə dair aylıq texniki hesabatları hazırlayır

-Tikinti quraşdırma işlərinin Azərbaycanda qəbul edilmiş normalara və Beynəlxalq normalara uyğun aparılma qaydalarına uyğun işini qurur;

-Yerinə yetirilən işlərin; sahəyə gətirilən material, avadanlıq, maşın-mexanizm, invertarlar və s;

-Müəyyən edilmiş vaxt ərzində obyektlərin təhvil verilməsi planını və tikinti-quraşdırma işlərinin kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsini, layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasını təmin edir;

-Təhvil veriləcək tikinti obyektlərinin keyfiyyət səviyyəsinin monitorinqi və yaxşılaşdırılması prosesinə rəhbərlik edir;

-Texniki problemləri aşkar etmək məqsədi ilə texnoloji ardıcıllığı, ətraf mühit şəraitini araşdırmaq və layihənin potensial təsirini qiymətləndirmək prosesində iştirak edir;

-idarəetmə mexanizmləri həyata keçirilməsinə rəhbərlik edir;

-Görülən işlərə dair günlük, aylıq, illik hesabatlar hazırlayır

İş şəraiti haqqında:

-6 gün iş günü, bazar günü istirahət

-İş qrafki: saat 09:00-dan 18:00-na kimi

-Şənbə: qısa iş günü

-Əmək haqqı müsahibə əsasında təyin olunacaq

Namizədə tələblər:

-İxtisası üzrə ali təhsil;

-Azərbaycan və Rus dil biliyi, ilkin İngilis dili biliyi;

-Kompüter bilikləri (MS Office,  autocad və xüsusi proqram təminatlarında sərbəst işləmə bacarığı);

-Komandada işləmə bacarığına malik olmalı;

-İşgüzar və məsuliyyətli olmalı;

Maraqlananlar şəkil əlavə olunmuş CV-lərini subject yerində “Baş mühəndis  qeyd edərək göndərə bilərlər.

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]