Air Group hüquqşünas – müqavilələr üzrə mütəxəssis axtarır

İşəgötürən: Air Group
Vakansiya: Hüquqşünas – Müqavilələr üzrə mütəxəssis
Son tarix: 17 noyabr 2022
Namizədə tələblər:
-Ali Hüquq təhsili;
-Yaş həddi: 24-35;
-Kompüter biliyi: MS Office (Word, Excel, Outlook), 1C 8.3;
-Kommersiya hüququ bilikləri;
-Müqavilələrlə işləmə təcrübəsi ən azı 1 il;
-Azərbaycan dili yüksək, rus və ingilis dilləri yaxşı səviyyədə olmalı;
Gözlənilən müvafiq təcrübə:
-Əsasən Mülki, Mülki Prosessual, Əmək, İnzibati Xətalar və baza vergi biliklərinə dair qanunvericiliyi
-Azərbaycan Respublikasının Əmək Qanunvericiliyi;
-Korporativ İdarəetmə sisteminin əsasları, daxili korporativ sənədlərin işlənib hazırlanması təcrübəsi;
-Müxtəlif xarakterli işgüzar müqavilələr hazırlamaq, hazır və ya kontragentlərin təqdim etdiyi müqavilələrə təmsil etdiyi tərəfin maraqlarına cavab verən müvafiq əlavə, dəyişikliklərin edilməsi, hüquqi rəylərin tərtib edilməsi və s. ;
-Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədlərin tərtibatı;
-Operativlik, çevik qərarvermə, eyni vaxtda çoxsaylı məsələləri idarə edə bilmə və vaxtdan düzgün istifadə bacarıqları;
-Yaxşı analitik və peşəkar ünsiyyət, danışıqların aparılma bacarıqları.
Əsas öhdəlikləri:
-Müqavilə nümunələrini, o cümlədən müvafiq hüquqi sənəd nümunələrini hazırlayır, Şirkət adından bağlanılan müqavilələrin hüquqi cəhətdən düzgün tərtib edilməsini və icra olunacaq işin predmetinə uyğunlaşdırılmasını təmin edir;
-Müqavilələrin razılaşdırılmış şərtlər çərçivəsində icrasına nəzarət edir;
-Bağlanmış müqavilələrin düzgün icra olunmasında Şirkətin aidiyyəti strukturlarına hüquqi yardım göstərir;
-Təklifləri təhlil edir və müştərilər, təchizatçılar və işçilərlə məcburi hüquqi şərtlərin müqavilə şərtləri ilə və Şirkətin siyasətinə uyğunluğunu təmin edir;
-Şirkətin fəaliyyəti ilə əlaqədar hüquqi təminatı həyata keçirir, normativ sənəd bazasını hazırlayır, zəruri dəyişiklikləri edir;
-Şirkətin mənafeyinin müdafiəsi tələb edilən işlər üzrə məhkəmələrdə baxılan işlərdə iştirak edir və onların etibarlı müdafiəsini təmin edir;
-Birbaşa tabe olduğu rəhbərin nəzarəti altında iddia ərizələrini, pretenziyalarını, məhkəmə aktlarından apelyasiya və müxtəlif tipli şikayətlərin hazırlanmasını təmin edir;
-Şirkət-daxili korporativ qaydaların, proseslərin, prosedurların, daxili normativ aktların tərtibatında iştirak edir;
-Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.
Əlavə məlumatlar:
-Əmək haqqı: Müsahibə əsasıda təyin olunacaq
-İş qrafiki: 5 gün, 09:00 – 18:00
-Korporativ nömrə və danışıq balansı
-AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzu yerində “Hüquqşünas – Müqavilələr üzrə mütəxəssis” yazmaqla [email protected] elektron ünvanına göndərə bilərlər.
Vakansiyalar
- 2 saat, 14 dəq
-
1 gün, 1 saat, 14 dəq
AGRO – WEST DC LLC işə qəbul üzrə aparıcı mütəxəssis axtarır
- 1 gün, 1 saat, 16 dəq
- 1 gün, 1 saat, 18 dəq
-
1 gün, 1 saat, 20 dəq
Sinteks Group of Companies informasiya texnologiyaları üzrə Təcrübə Proqramı elan edib