Vakansiya: Hüquqşünas tələb olunur
İşəgötürən: İsmixanlı MMC
Vakansiya: Hüquqşünas
Son tarix: 27 may 2022
İş barədə məlumat:
-Müəssisənin bütün işgüzar siyasət və fəaliyyətinin müvafiq qanunvericiliyə uyğunluğunu təmin etmək;
-Müvafiq əsasnamə, qayda, təlimat, protokol və hüquqi rəy tələb olunan digər sənədlərin qanunvericiliyə uyğunluğunu yoxlamaq və viza vermək;
-Cari qanunvericilik haqqında Cəmiyyətin fəaliyyətinə aid işçilərə sorğu və məsləhətlər, eləcə də təşkilati-hüquqi və başqa hüquqi məsələlərə rəylər vermək;
-Hüquqi sənəd (məktublar və s.) və müqavilələri tərtib etmək və hüquqi ekspertizanı həyata keçirmək;
-Başqa bölmələrin sorğusu əsasında Cəmiyyətdə müxtəlif əmr və digər normativ sənədlərin hazırlanmasını təşkil etmək, qüvvədə olan sənədlərə dəyişikliklər etmək və qüvvəsini itirən sənədlərin ləğv edilməsi haqqında təkliflər hazırlamaq;
-Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavablar hazırlamaq;
-Müəssisənin fəaliyyəti çərçivəsində ortaya çıxmış hüquqi məsələlərə dair rəylərin hazırlanmasında iştirak etmək;
-Müəssisənin fəaliyyətini tənzimləyən bütün növ qərarlara, əmr və sərəncamlara, daxili normativ aktlara hüquqi rəy vermək;
-Hər hansı mübahisəli məsələlər ilə bağlı məhkəməyə qədər zəruri tədbirlər görmək;
-Cəmiyyəti məhkəmə və hüquq-mühafizə, habelə digər dövlət orqanlarında təmsil etmək.
-Müqavilə, maliyyə, əmək intizamının möhkəmləndirilməsinə görə keçirilən tədbirlərdə iştirak edir;
-Maddi və intizam məsuliyyətinə cəlb olunan işçilərin sənədlərinə hüquqi rəy verir;
-Debitor borcları üzrə materiallarının baxılmasında iştirak edir;
-Cəmiyyətə daxil olan hüquqi əhəmiyyətli sənədlərin baxılmasında iştirak edir;
Tələblər:
-Təhsil dərəcəsi: Bakalavr (hüquq qanunvericiliyini tam şəkildə bilməlidir)
-Təcrübə: Sahə üzrə ən az 1 il,
-Məsuliyyətlilik
-Ünsiyyət qurmaq bacarığı
-Etibarlılıq
-Detallara fikir vermək qabiliyyəti
-Azərbaycan, Rus dili- əla və İngilis dili-yaxşı səviyyədə bilmək
-Kompüter proqramları: MS Office (Word, Excel, PowerPoint, Visio, Outlook və s.)
-Əmək haqqı: 1000 AZN
-İş yeri – Bakı şəhər
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 2 ay, 3 həftə, 5 gün, 18 saat, 56 dəq
- 3 ay, 3 həftə, 5 gün, 20 saat, 49 dəq
- 7 ay, 15 saat, 34 dəq
-
7 ay, 1 həftə, 5 gün, 11 saat, 5 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 7 ay, 2 həftə, 2 gün, 19 saat, 3 dəq