1800 manat maaş təklifilə mühasib tələb olunur
İş elanını dərc edən: Nardaran İnvest Vakansiya: Mühasib Müraciət üçün son tarix: 06 aprel 2023-cü il Əmək haqqı: 1500-1800 AZN. Vəzifə öhdəlikləri: Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi; E-qaimələrin, Təhvil-təslim aktlarının hazırlanması; Aylıq, rüblük və illik statistika, DSMF , ÖMV hesabatlarının hazırlanması və müvafiq dövlət orqanlarına elektron təqdim olunmasında iştirak etmək; İlkin və mühasibat sənədlərinin rəsmiləşdirilməsi; Kreditor və debitorlar ilə üzləşmələrin aparılması; Maliyyə hesabatlarının (MVHH, MZHH) hazırlanması; Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək; Tələblər: İqtisadiyyat, maliyyə və ya müvafiq sahə üzrə ali təhsil; Müvafiq sahədə 3 illik təcrübə; Komandada işləməyi bacarmalı; Analitik düşüncə qabiliyyəti; Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları; Rus dili biliyi. Əlavə məlumat: İş saatı: 5 günlük iş qrafiki ilə təyin olunur. Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin edilir. Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər [email protected] elektron ünvana CV göndərə bilərlər.
Vakansiyalar
- 2 ay, 1 həftə, 4 gün, 13 saat, 26 dəq
- 3 ay, 1 həftə, 4 gün, 15 saat, 19 dəq
- 6 ay, 2 həftə, 2 gün, 10 saat, 4 dəq
-
6 ay, 4 həftə, 5 saat, 35 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 7 ay, 1 gün, 13 saat, 33 dəq