1800 manat maaş təklifilə mühasib tələb olunur
Mühasib
İş elanını dərc edən: Nardaran İnvest Vakansiya: Mühasib Müraciət üçün son tarix: 06 aprel 2023-cü il Əmək haqqı: 1500-1800 AZN. Vəzifə öhdəlikləri: Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi; E-qaimələrin, Təhvil-təslim aktlarının hazırlanması; Aylıq, rüblük və illik statistika, DSMF , ÖMV hesabatlarının hazırlanması və müvafiq dövlət orqanlarına elektron təqdim olunmasında iştirak etmək; İlkin və mühasibat sənədlərinin rəsmiləşdirilməsi; Kreditor və debitorlar ilə üzləşmələrin aparılması; Maliyyə hesabatlarının (MVHH, MZHH) hazırlanması; Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək; Tələblər: İqtisadiyyat, maliyyə və ya müvafiq sahə üzrə ali təhsil; Müvafiq sahədə 3 illik təcrübə; Komandada işləməyi bacarmalı; Analitik düşüncə qabiliyyəti; Operativlik, çevik qərarvermə və vaxtdan düzgün istifadə bacarıqları; Rus dili biliyi. Əlavə məlumat: İş saatı: 5 günlük iş qrafiki ilə təyin olunur. Nahar və nəqliyyat servisi şirkət tərəfindən təmin edilir. Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər [email protected] elektron ünvana CV göndərə bilərlər.
Vakansiyalar
- 1 gün, 2 saat, 13 dəq
- 1 gün, 2 saat, 16 dəq
- 1 gün, 2 saat, 52 dəq
- 1 gün, 2 saat, 55 dəq
- 3 ay, 2 həftə, 3 gün, 17 saat, 30 dəq