Restoranlar şəbəkəsinə mühasib tələb olunur

Mühasib


İş elanını dərc edən -Boranı restoranlar şəbəkəsi

Vakansiya – Mühasib

 Son tarix 16 mar 2023 

Əsas vəzifə və öhdəliklər:

-Vergilər üzrə əməliyyatların aparılması və uçotu

-Vergi,statistika, DSMF və digər əlaqədar hesabatların hazırlanması və verilməsi

-Şirkətdə aparılan əməliyyatların maliyyə hesabatlarında düzgün əks olunması

-Gündəlik balansın və dövriyyə məlumatlarının yoxlanılması,aparılması,gəlir və xərclərin uçotu

-Əmək haqlarının və digər işçi xərclərinin hesablanması

-Mühasibat uçotu üzrə rəhbərliyə lazımi hesabatların verilməsi

-Rəhbərliyin verdiyi tapşırıqların dəqiq və vaxtında yerinə yetirilməsi

Tələb olunan bilik, bacarıq və səriştələr:

-Microsoft Office proqramları, ERP sistemində işləmək bacarığı;

-Azərbaycan Repsublikasının müvafiq qanunvericiliyini, Beynəlxalq Maliyyə Hesabatları Standartlarını, Milli Mühasibat Uçotu standartlarını bilməlidir.

-Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, analitik düşüncə qabiliyyəti, aktivlik, çeviklik, və məsuliyyətlilik, təşkilatın missiyasına sadiqlik.

Tələb olunan təhsil və iş təcrübəsi:

-Ali təhsil;

-Müvafiq sahədə minimum 2 il iş təcrübəsi.

Sizə nə təklif edirik?

-Əlverişli iş mühitində çalışmaq imkanı;

-Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik  komandanın bir üzvü olmaq;

-Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;

-Əmək haqqı 700 – 1000 Azn;

Vakansiyaya müraciət üçün CV-nizi “Mühasib” mövzusu ilə email ünvanına [email protected]  göndərməyiniz xahiş olunur

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]