Restoranlar şəbəkəsinə mühasib tələb olunur
İş elanını dərc edən -Boranı restoranlar şəbəkəsi
Vakansiya – Mühasib
Son tarix 16 mar 2023
Əsas vəzifə və öhdəliklər:
-Vergilər üzrə əməliyyatların aparılması və uçotu
-Vergi,statistika, DSMF və digər əlaqədar hesabatların hazırlanması və verilməsi
-Şirkətdə aparılan əməliyyatların maliyyə hesabatlarında düzgün əks olunması
-Gündəlik balansın və dövriyyə məlumatlarının yoxlanılması,aparılması,gəlir və xərclərin uçotu
-Əmək haqlarının və digər işçi xərclərinin hesablanması
-Mühasibat uçotu üzrə rəhbərliyə lazımi hesabatların verilməsi
-Rəhbərliyin verdiyi tapşırıqların dəqiq və vaxtında yerinə yetirilməsi
Tələb olunan bilik, bacarıq və səriştələr:
-Microsoft Office proqramları, ERP sistemində işləmək bacarığı;
-Azərbaycan Repsublikasının müvafiq qanunvericiliyini, Beynəlxalq Maliyyə Hesabatları Standartlarını, Milli Mühasibat Uçotu standartlarını bilməlidir.
-Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, analitik düşüncə qabiliyyəti, aktivlik, çeviklik, və məsuliyyətlilik, təşkilatın missiyasına sadiqlik.
Tələb olunan təhsil və iş təcrübəsi:
-Ali təhsil;
-Müvafiq sahədə minimum 2 il iş təcrübəsi.
Sizə nə təklif edirik?
-Əlverişli iş mühitində çalışmaq imkanı;
-Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq;
-Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
-Əmək haqqı 700 – 1000 Azn;
Vakansiyaya müraciət üçün CV-nizi “Mühasib” mövzusu ilə email ünvanına [email protected] göndərməyiniz xahiş olunur
Vakansiyalar
-
2 gün, 16 saat, 40 dəq
The Complexities of Immediate Payment Casinos: A Comprehensive Guide
-
4 gün, 15 saat, 32 dəq
Sign Up Benefits at Online Gambling Establishments: A Comprehensive Overview
- 4 gün, 16 saat, 6 dəq
- 5 gün, 10 saat, 12 dəq
- 6 gün, 5 saat, 26 dəq