Şirkətlər Qrupu “Baş Mühasib” axtarır
STP MMC Şirkətlər Qrupu “Baş Mühasib” vakansiyası elan edib.
Tələblər:
– Maliyyə, mühasibatlıq və ya iqtisadiyyatın idarə edilməsi sahəsində ali təhsil;
– Mühasibatlıq sahəsində ən azı 5 illik iş təcrübəsi;
– MS Office və mühasibatlıq proqramlarından yaxşı səviyyədə istifadə bacarıqları;
– İdarəetmə, ünsiyyət, işgüzarlıq və əməkdaşlıq qabiliyyəti;
– Milli və beynəlxalq uçot standartları üzrə biliklər;
– Vergi Məcəlləsi üzrə mükəmməl biliklər;
– İnkişaf etmiş rəhbərlik və təşkilatçılıq qabiliyyəti;
– Əla səviyyədə Azərbaycan dili, orta səviyyədə Rus və İngilis.
Hansı işləri görəcəksiniz:
– Mühasibat, vergi uçotu və DSMF, Statistika ilə bağlı əməliyyatlar aparacaq;
– Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin uçotu registrlərində) düzgün əks etdirilməsini təmin edəcək;
– Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərə tərtib və təqdim edilməsini təmin edəcək;
– İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun hesablanmasına nəzarəti icra edəcək;
– Pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının aparılmasını təmin edəcək;
– Ştat, maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından silinməsi işlərini görəcək;
– Mühasibat sənədlərinin çoxaldılması, tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət edəcəkdir.
Əlavə məlumatlar:
– Əmək haqqı şirkət daxili mövcud dərəcələndirmə sistemi çərçivəsində təyin edilir;
– Şirkət tərəfindən naharla və nəqliyyatla (servis) təmin edilmə;
– Tibbi sığorta mövcuddur;
– İş vaxtı: Bazar ertəsi – Cümə, 09:00 – 18:00;
– İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Baş Mühasib” yazaraq 15.03.2023- ci il tarixinədək [email protected] ünvanına göndərilməsi xahiş olunur.
Vakansiyalar
- 2 ay, 1 həftə, 3 gün, 14 saat, 50 dəq
- 3 ay, 1 həftə, 3 gün, 16 saat, 43 dəq
- 6 ay, 2 həftə, 1 gün, 11 saat, 28 dəq
-
6 ay, 3 həftə, 6 gün, 6 saat, 59 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 7 ay, 14 saat, 57 dəq