İri Holdinqə “İnsan Resursları üzrə kiçik mütəxəssis” tələb olunur
İş elanın dərc edən şirkət- “Azersun Holding” MMC
Vakansiya: İnsan Resursları üzrə kiçik mütəxəssis
Tələblər:
-Ali təhsilli olmalı (Menecement, sənayenin təşkili və idarə olunması, iqtisadiyyat, biznesin və ya insan resurslarının idarə edilməsi ixtisası)
-Aidiyyatı sahədə minimum 1 il iş təcrübəsi olmalı
-İşçilərin işə qəbulu və azad edilməsi haqqında qüvvədə olan qanunvericiliyi bilməli
-Əmək proseslərinin təşkili, sosial psixologiya və sosiologiyanın əsaslarını bilməli
-Əməyin mühafizəsi normalarını bilməli
-İşgüzar ünsiyyət və peşə etiket qaydalarını bilməli
-İngilis və ya rus dilini bilməsi üstünlükdür
İş haqqında məlumat:
-İşçilərin şəxsi işlərininin formalaşdırılması
-Əmək qanunvericliyinin tələblərinə əməl olunmaqla işçilərin işə qəbulu, işdən azad edilməsi
-Vəzifə dəyişikliyinin həyata keçirilməsi, məzuniyyətlərin verilməsi
-İşə alınan işçilər üçün əmək kitabçası açılmasının təmin olunması.
-Əmək kitabçalarının, şəxsi işlərin aparılması və qorunmasını üzrə lazımi sənədlərin tərtib edilməsi
-Dövlət orqanları ilə rəsmi əməliyyatların yerinə yetirilməsi və hesabatların hazırlanması.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “İnsan Resursları üzrə kiçik mütəxəssis” qeyd etməyiniz xahiş olunur.
İş şərtləri:
Həftə içi 5 gün, saat 09.00-18.00
Nahar və servis şirkət tərəfindən təmin olunur.
İş Yeri: Bakı və Xırdalan şəhərləri
Vakansiyalar
- 2 ay, 1 həftə, 6 gün, 14 saat, 39 dəq
- 3 ay, 1 həftə, 6 gün, 16 saat, 32 dəq
- 6 ay, 2 həftə, 4 gün, 11 saat, 17 dəq
-
6 ay, 4 həftə, 2 gün, 6 saat, 48 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 7 ay, 3 gün, 14 saat, 46 dəq