Sinteks Group of Companies kreativ rəhbər axtarır (Rəqəmsal sahə üzrə)
İşəgötürən: Sinteks Group of Companies
Vakansiya: Kreativ Rəhbər (Rəqəmsal sahə üzrə)
Son tarix: 28 oktyabr 2022
Sinteks Şirkətlər qrupuna hal hazırda Kreativ Rəhbər (Rəqəmsal sahə üzrə) tələb olunur.
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilsin və CV-də müvafiq bilik və bacarıqlar işarə edilsin.
Vəzifənin rolu:
Bu vəzifənin rolu bütün kreativ rəqəmsal materialların, sayt məzmununun yüksək standartlara cavab verməsini və brend təlimatlarına uyğunluğunu yaradıcı yolla təmin etməkdir.
Vəzifə öhdəlikləri:
-Ətraflı rəqəmsal təlimatlar yaradır
-Fotoqrafiya studiyasını, retuşlamanı, qrafika və məzmun yazmağı idarə edir
-Veb saytların vizual imicini yaxşılaşdırır
-Veb saytlar və marketinq üçün məzmun hazırlayır
-Məzmunun ən yüksək standartlara uyğun olmasını təmin etmək üçün saytlara daim nəzarət edir
Əsas tələblər:
Təhsil:
-Biznes, dizayn və ya müvafiq sahə üzrə ali təhsil
Təcrübə:
-8 nəfərdən çox olan yaradıcı komandanı idarəetmə təcrübəsi
-Elektron ticarət mühitində 5 il + qrafik dizayn və fotoqrafiya üzrə təcrübə
Professional biliklər:
-Qrafik dizayn və tipoqrafiya
-Fotoqrafiya
-HTML və CSS bilikləri üstünlükdür
-Photoshop
-İdarəetmə və hesabat
Professional bacarıq və kompetensiyalar:
-Kreativlik
-Photoshop
-Nizam-intizam
-Çərçivədən kənar düşünmə bacarığı
-Komandanın idarə olunması
-Yüksək templə işləmə
-Təşəbbüskar
-Nəticə yönümlü
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Kreativ Rəhbər (Rəqəmsal sahə üzrə)” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Vakansiyalar
- 2 ay, 1 həftə, 6 gün, 20 saat, 20 dəq
- 3 ay, 1 həftə, 6 gün, 22 saat, 13 dəq
- 6 ay, 2 həftə, 4 gün, 16 saat, 58 dəq
-
6 ay, 4 həftə, 2 gün, 12 saat, 29 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 7 ay, 3 gün, 20 saat, 27 dəq