Kontakt Home mağaza direktoru axtarır (Gəncə)
İşəgötürən: Kontakt Home
Vakansiya: Mağaza direktoru (Gəncə)
Son tarix: 18 sentyabr 2022
Vəzifə öhdəlikləri:
-Mağaza daxili fəaliyyətin təşkil edilməsi;
-Mağazada bütün işçilərin öz vəzifə öhdəliklərini vaxtında və keyfiyyətlə yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi;
-Mağaza standartlarının və reqlamentlərinin qorunmasına nəzarət edilməsi;
-Mal qalıqlarına nəzarət və uçotun aparılması;
-Assortimentin və satışın analizi;
-Daxili inventarizasiyanın aparılması;
-Müştəri məmnuniyyətinin təmin edilməsi.
Tələblər:
-Müvafiq sahə üzrə ən az 1 il iş təcrübəsi (Mütləqdir);
-Səlis Azərbaycan dili biliyi, Rus dili biliyi üstünlükdür;
-Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excell, Outlook);
-1C proqramında işləmə bacarığı arzu olunandır;
-Liderlik xüsusiyyətləri;
-Yaranmış problemləri həll etmə bacarığı;
-Nəticə yönümlülük;
-Qəbul edilmiş qərarlara cavabdehlik daşımaq bacarığı;
-Komandada işləmək bacarığı.
İş şəraiti:
-İş günləri: 6 günlük;
-Rəqabət qabiliyyətli əmək haqqı.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
CV-nin göndərilməsi üçün link
Vakansiyalar
- 2 ay, 1 həftə, 3 gün, 2 saat, 53 dəq
- 3 ay, 1 həftə, 3 gün, 4 saat, 46 dəq
- 6 ay, 2 həftə, 23 saat, 31 dəq
-
6 ay, 3 həftə, 5 gün, 19 saat, 2 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 7 ay, 3 saat