Sinteks Group of Companies kiçik hüquqşünas axtarır
İşəgötürən: Sinteks Group of Companies
Vakansiya: Kiçik Hüquqşünas
Son tarix: 06 iyul 2022
Sinteks Şirkətlər qrupuna hal hazırda Kiçik Hüquqşünas tələb olunur.
Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilsin və CV-də müvafiq bilik və bacarıqlar işarə edilsin.
Vəzifənin rolu:
Bu vəzifənin rolu hüquqi proseslərin təmin edilməsində iştirak etməkdir.
Vəzifə öhdəlikləri:
-Hüquqi sənədlərin, müqavilələrin hazırlanmasında və departamentin digər hüquqi prosedurların icrasının təmin edilməsində iştirak edir
-Daşınan və daşınmaz əmlakın sığortalanmasını həyata keçirir
-Müqavilələri arxivləşdirir
-Əməkdaşların icra sənədlərinin uçotunu aparır
Əsas tələblər:
Təhsil:
-Ali hüquqi təhsil
Təcrübə:
-Hüquq sahəsində 1 il iş təcrübəsi
Professional biliklər:
-Mülki, İnzibati, Əmək Qanunvericiliyi
-İngilis dili arzuolunandır
-MS Office Proqramları
Professional bacarıq və kompetensiyalar:
-Ünsiyyət bacarıqları
-Detallara diqqət
-Nəticə yönümlülük
-Məsuliyyət
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Kiçik Hüquqşünas” qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Vakansiyalar
- 2 ay, 1 həftə, 4 gün, 18 saat, 24 dəq
- 3 ay, 1 həftə, 4 gün, 20 saat, 17 dəq
- 6 ay, 2 həftə, 2 gün, 15 saat, 2 dəq
-
6 ay, 4 həftə, 10 saat, 33 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 7 ay, 1 gün, 18 saat, 31 dəq