Əməliyyatçı axtarılır

İşəgötürən – AFB Bank
İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə)
Ünvan: Bakı şəhəri
Nami̇zədə dai̇r tələblər:
Ali təhsil;
Bank sektorunda müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
Azərbaycan və rus dilində sərbəst danışıq bacarığı,ingilis dilini bilmək arzu olunandır;
MS Office proqramlarında işləmək bacarığı;
Yüksək səviyyədə ünsiyyət bacarıqları;
Komandada işləmək bacarığı.
İşi̇n təsvi̇ri̇:
Müştərilərə bankın məhsul və xidmətləri barədə məlumat verilməsi və satışının həyata keçirilməsi;
Müştərilərə onların istəklərinə və qanunvericiliyə uyğun olaraq bank hesablarının açılması, bu hesablar üzrə əməliyyatların həyata keçirilməsi;
Müxtəlif xidmət sahələri (əmanət, bank kartları, qiymətli metallar, pul köçürmələri və bank seyfi ilə bağlı əməliyyatlar) üzrə müştərilərin müraciətlərini qəbul etmək və müvafiq əməliyyatları həyata keçirmək;
Bankda mövcud olan pulköçürmə sistemləri vasitəsilə müştərilərə vəsaitlərin göndərilməsi və verilməsi üzrə xidmət göstərilməsi;
Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək;
Bank kartları üzrə məxaric əməliyyatlarını aparmaq;
Müştərilərin hesabları üzrə tələb etdikləri məlumat və sənədləri hazırlayıb təqdim etmək.
Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Əməliyyatçı (Bakı filialları)” qeydi edərək [email protected] adresinə göndərməyini xahiş edirik.
Vakansiyalar
- 1 ay, 2 həftə, 2 gün, 1 saat, 48 dəq
-
1 ay, 3 həftə, 6 gün, 21 saat, 19 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 1 gün, 5 saat, 17 dəq
- 2 ay, 5 gün, 5 saat, 7 dəq
- 2 ay, 5 gün, 5 saat, 10 dəq