“Əməliyyatçı mütəxəssis” tələb olunur

Mütəxəssis


İş elanını dərc edən –  Abşeron Logistika Mərkəzi

Vakansiya – Əməliyyatçı mütəxəssis

Ümumi vəzifə öhdəlikləri:

-Xidmətlər üzrə müraciət edən müştərilərlə ilkin əlaqənin qurulması.

-Daşınma işinin təşkili üçün lazım olan partnyor şirkət və şəxslərlə əlaqələrin qurulması.

-Daşınma prosesinə əvvəldən sona kimi nəzarət etmək.

-Daşınan yüklərin müştərinin istəyindən asılı olaraq sığortalanmasını təşkil etmək.

-Müqavilələrin hazırlanmasında iştirak etmək.

-İnvoysların hazırlanmasında iştirak etmək.

-Logistika xidmətləri üzrə rəhbərliyin həvalə etdiyi digər funksiyalar.

-Gömrük rəsmiləşdirilməsi üzrə sənədlər hazırlanması (müqavilə, hesab-faktura, qiymət kağızı, texniki  təsvir və s.) ticarət sertifikatı, idxal lisenziyası, və s. üçün müraciətin edilməsi.

-Logistikaya dair prosedur və proseslərin həyata keçirilməsi.

-Yerli və xarici idxal/ixrac qanunvericiliyinin qaydalarına uyğun proseslərin həyata keçirilməsi.

-Xarici şirkətlərlə əlaqə yaratmaq və Yükün daşınmasını təşkil etmək.

Namizədə qarşı tələblər:

-Ali təhsill;

-İş təcrübəsi – minimum 1 il;

-Dl bilikləri – Azərbaycan və Rus dilləri mükəmməl; 

-Komputer bilikləri: MS Office (Word, Excel, Outlook) proqramlarını yaxşı səviyyədə bilmək;

-Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;

-Analitik qabiliyyətə, təhlil və təqdim etmə bacarıqlarına malik olmaq;

-Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;

-Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmək bacarığı;

-Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini elektron ünvanına [email protected] göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix 24 Mart 2023-cü il tarixidir.

Müraciət etdiyiniz vəzifənin adını email-in [email protected]  mövzu hissəsində “Əməliyyatçı mütəxəssis” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]