Bəyannaməçi tələb olunur

“Eximsol” MMC şirkəti üçün Bəyannaməçi (Deklarant) axtarışındayıq.
Vəzifə öhdəlikləri:
– İdxal və ixrac olunan malların gömrük rəsmiləşdirilməsi əməliyyatlarının həyata keçirilməsi və gömrük işi sahəsində digər vasitəçilik funksiyalarının yerinə yetirilməsi;
– Azərbaycan Respublikasının gömrük orqanlarına sənədlərin və gömrük rəsmiləşdirilməsi üçün zəruri olan əlavə məlumatların təqdim edilməsi;
– İdxal və ixrac olunan malların marşrut xətti üzrə izlənilməsi və nəzarətdə saxlanılması;
– Gömrük ödənişlərinin və bəyan edilən mallara aid Azərbaycan Respublikasının «Gömrük Məcəlləsi»ndə nəzərdə tutulmuş digər ödənişlərin ödənilməsinin təmin edilməsi;
– Bəyan edilən mallar barəsində səlahiyyətlərə malik olan şəxs qismində gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti üçün zəruri olan digər işlərin yerinə yetirilməsi;
– Azərbaycan Respublikasının gömrük orqanlarını idxal və ixrac olunan malların gömrük buraxılış məntəqələrindən keçirilməsi niyyəti barədə xəbərdar edilməsi;
– Gömrük məqsədləri üçün zəruri olan sənədlərin siyahısının tərtib edilməsi;
– Zəruri hallarda malların müvəqqəti saxlanc anbarlarında yerləşdirilməsi;
– Azərbaycan Respublikasının gömrük orqanlarına sənədlərin və gömrük məqsədləri üçün zəruri olan əlavə məlumatların təqdim edilməsi;
Tələblər:
– Ali təhsil;
– Sahə üzrə minimum 1 il təcrübə mütləqdir;
– Gömrük Bəyannamələrinin növləri/rejimləri haqqında biliklərin olması;
– Kompüter bilikləri: MS office proqramlarını (Word, Excel) bilməli;
– Dil bilikləri: Azərbaycan dili yüksək səviyyədə, rus və ingilis dil biliyi arzuolunandır;
– İşində məsuliyyətli, dəqiq, operativ, punktual və kollektivdə işləmə bacarığı;
– Yarana biləcək problemləri həll etmə bacarığı və analitik təfəkkür.
İş şəraiti:
Həftə ərzində 5 günlük iş qrafiki
-İş saatı: 09:00-18:00
-Əmək haqqı: Qarşılıqlı razılaşma əsasında
-Nahar və Servis şirkət tərəfindən qarşılanır
İş yeri: Bakı şəh., Ələsgər Qayıbov 11B
Maraqlanan namizədlər öz cv formalarını vakansiya adı qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər.
Vakansiyalar
-
5 saat, 14 dəq
AGRO – WEST DC LLC işə qəbul üzrə aparıcı mütəxəssis axtarır
- 5 saat, 16 dəq
- 5 saat, 18 dəq
-
5 saat, 20 dəq
Sinteks Group of Companies informasiya texnologiyaları üzrə Təcrübə Proqramı elan edib
- 5 saat, 22 dəq