Günay Sığortada yeni vakansiyalar

İşəgötürən – Günay Sığorta
1. Vəzifə – Sığorta hadisələrinin tənzimlənməsi
Əsas vəzifə öhdəlikləri:
-Sığorta hadisələrini qeydiyyata almaq;
-Sığorta aktlarının tərtib edilməsində iştirak etmək;
-Sığorta hadisəsi ilə bağlı sənədləri arxivləşdirmək və vahid bazaya işləmək.
Namizədə tələblər:
-Yaş: 25-40
-Təhsil: Ali
-İş təcrübəsi: 1-3 il
-Sığorta qanunvericiliyini bilməsi;
-Dil bilikləri: Azərbaycan (əla), Rus dili arzuolunandır.
Əmək haqqı 700-900 AZN.
Namizədlərdən xahiş olunur ki, mövzu başlığına vəzifənin adını tam yazmaqla cv -ni [email protected] ünvanına göndərsinlər.
2. Vəzifə – IT helpdesk
Əsas vəzifə öhdəlikləri:
-Windows 10/11 əməliyyat sistemlərinin yüklənməsi və sazlanması;
-Şirkətə məxsus kompüter və printer avadanlıqlarının fəaliyyətini və avadanlıqlarda baş vermiş nasazlıqları təmin etmək;
-Yeni İT infrastrukturunun və avadanlıqlarının inkişaf etdirilməsində və onların təminatında iştirak etmək;
-Domen istifadəçilərinin açılması və kompyuterlərdə quraşdırılması;
-Korporativ mail istifadəçilərinin açılması və quraşdırılması;
-İP telefoniyanın qurulması;
-Şəbəkə kabellərinin çəkilişi.
Namizədə tələblər:
-Yaş: 23-35;
-Təhsil: Ali
-Dil bilikləri Azərbaycan, Rus, ingilis texniki;
-Microsoft Windows 10 / Windows Server 2019 nəzəri və praktiki biliklər;
-Domain Controller nəzəri və praktiki biliklər;
-DHCP, DNS;
-Şəbəkə ( TCP/İP ) nəzəri və praktiki biliklər;
-İP telefoniya;
-VmWare;
-Mail Server;
-Müvafiq sahə üzrə 1-3 ilədək təcrübə.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Namizədlərdən xahiş olunur ki, mövzu başlığına vəzifənin adını tam yazmaqla cv -ni [email protected]a.az ünvanına göndərsinlər.
Vakansiyalar
- 4 gün, 2 saat, 33 dəq
- 4 gün, 8 saat, 14 dəq
- 4 gün, 8 saat, 18 dəq
- 4 gün, 8 saat, 24 dəq
- 5 gün, 7 saat, 40 dəq