Stok və rəflərə nəzarət üzrə təftiş işçisi tələb olunur

“Sirab” Təftiş işçisi (stok və rəflərə nəzarət üzrə) vakansiyası üzrə namizəd axtarışındadır.
Əsas tələblər:
– Minimum təhsil dərəcəsi: Bakalavr (İqtisadiyyat üzrə);
– Komputer bilikləri: MS Office – orta;
– Minimum təcrübə: 1 il;
– Dil bilikləri: Azərbaycan-əla;
– Yaş həddi: 25-35;
– Cinsi: Kişi;
– B kateqoriyalı sürücülük vəsiqəsinin və şəxsi avtomobilin olması mütləqdir.
Fərdi keyfiyyət göstəriciləri:
– Komanda ilə işləmə bacarığı;
– Riyazi biliklər və analitik düşünmə bacarığı;
– Planlaşdırma və problem həll etmə bacarığı;
– Müşahidə aparmaq və faktların müəyyən edilməsi bacarığı;
– İnsani münasibətləri güclü, səlis danışıq və düzgün diksiya, ünsiyyətcil.
Vəzifə öhdəlikləri:
– Satış nöqtələrində məhsulların rəfdə mövcudluğunun, qiymətlərin düzgünlüyünün və rəf payının yoxlanması;
– Məhsul çeşidləri üzrə rəfdə FEFO və Planogram standardlarının tətbiqinin yoxlanması;
-Stend mövcudluğu və saylarının, stendlər üzrə doluluq səviyyəsinin, soyuducuların mövcudluğunun yoxlanması;
– Müştəri qalıq (stok) hərəkəti tarazlığını yoxlanması;
– Satış nöqtələrində görülən işlərin kefiyyətinin bal şkalası üzrə qiymətləndirilməsi;
– Günlük plan üzrə təftiş prosesinin təşkili və həyata keçirilməsi;
– Yoxlamaların nəticələri haqqında rəhbərliyə hesabatların təqdim olunması.
İş vaxtının norması:
– 6 günlük iş rejimi;
– İstirahət günü: Bazar günü.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
– Əmək haqqı: 650 AZN;
– Yemək pulu və yanacaq pulu şirkət tərəfindən;
– Korporativ telefon nömrəsi və danışıq paketi;
İş yeri:
– Xırdalan şəhəri, Bakı-Quba şossesninin şərqi 18 A (Masazır dairəsinin yaxınlığı)
Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Təftiş işçisi (stok və rəflərə nəzarət üzrə)” yazmaqla [email protected] mail ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Vakansiyalar
- 2 gün, 18 saat, 8 dəq
- 2 gün, 18 saat, 10 dəq
- 2 gün, 18 saat, 12 dəq
- 2 gün, 18 saat, 14 dəq
- 2 gün, 18 saat, 16 dəq