Əməliyyatçı-xəzinədar tələb olunur

İş elanını dərc edən – Azərbaycan Sənaye Bankı
Vakansiya -Əməliyyatçı – xəzinədar (- Park Bulvar Filialı)
Tələblər:
-Ali təhsilli (iqtisadi, texniki və ya hüquqi) olmalı;
-Bank işi üzrə 1 illik iş təcrübəsi;
-Rus dilini yaxşı bilməli, İngilis dilini bilməsi üstünlükdür;
-Microsoft Office proqramlarını bilməli;
-Qrup şəklində və müştərilərlə işləmək qabiliyyəti olmalı;
-Fikirlərini şifahi və yazılı şəkildə aydın və dolğun çatdırmaq bacarığı olmalı;
-Yerli və xarici valyutanın saxtalığını müəyyənetmə bacarığı olmalı;
-Analitik problem həlletmə bacarığı olmalı.
İş haqqında məlumat:
-Bütün növ müştəri hesablarının açılması, hesablar üzrə müştərilərə xidmətlərin göstərilməsi və bağlanması;
-Tələb və sorğular üzrə müxtəlif növ arayışların, sənədlərin, müqavilələrin hazırlanması və müştərilərə -təqdim edilməsi;
Nağd pul və qiymətlilərin sayımının, saxlanmasının, daşınmasının və inkassasiyasının həyata keçirilməsi;
-ATM (Exchange və sairə) terminalların inkassasiyasının həyata keçirilməsi, aktlaşdırılması, terminala yerləşdirilmiş və ya çıxarılmış nağd pul vəsaitlərinin müvafiq balans hesabları ilə müqayisə edilməsi, doğru və düzgün müxabirləşmələri sistemə daxil edilməsi;
-XÖHKS, AZİPS, SWİFT, Apus, Zolotaya Korona, Western Union və sairə pul köçürmə sistemləri ilə əməliyyatların aparılması;
-Əməliyyat günün yekunu üzrə günlük əməliyyatları yoxlamaq;
-Əməkdaşı olduğu strukturun büdcə və hədəflərinin həyata keçirilməsi üzrə öhdəliklərinin vaxtında və düzgün icra edilməsi və bu hədəflərin izlənməsi;
-Tələb olunan hesabatların düzgün hazırlanması və vaxtında rəhbərliyə təqdim edilməsi;
-Daxil olan sorğu və məktubların, müştəri şikayətlərinin araşdırılaraq cavablandırılması.
-Müştəri şikayətlərinin həll edilməsi və minimum həddə çatdırılması üçün lazımı tədbirlərin görülməsi.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.
Email-in mövzu hissəsində “Əməliyyatçı xəzinədar” qeyd etməyiniz xahiş olunur.
İş Yeri: Park Bulvar filialı
Vakansiyalar
- 2 gün, 19 saat, 5 dəq
- 2 gün, 19 saat, 7 dəq
- 2 gün, 19 saat, 9 dəq
- 2 gün, 19 saat, 11 dəq
- 2 gün, 19 saat, 13 dəq