Qəza komissarı tələb olunur (Sumqayıt)

Sürücü


İşəgötürən – “Atəşgah” Sığorta Şirkəti

Vəzifə – Qəza komissarı (Sumqayıt)

Namizədə tələblər
-Yaş: 25-40
-Cinsi: kişi
-Təhsil: Ali
-İş təcrübəsi: bu sahə üzrə iş təcrübəsi arzuolunandır
-Dil bilikləri: Azərbaycan (əla)
-Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi
-B kateqoriyalı sürücülük vəsiqəsi
-Şəxsi avtomobilin olması mütləqdir
-Avtomobilin texniki hissələri haqda anlayışın olması
-Yol hərəkəti haqqında və sığorta qanunvericiliyi haqda anlayışın olması
İş yeri: Sumqayıt və ətraf ərazilərdə baş vermis hadisələrə cıxış etmək.

Şəxsi keyfiyyətlər
Ünsiyyət qurmaq bacarığı
-Məsuliyyətli
-Stressə davamlı
Əsas vəzifə öhdəlikləri
-Yol nəqliyyat hadisələri yerinə getmək və qəza hadisəsini yerindəcə araşdırmaq
-Hadisənin foto və video çəkilişlərini aparmaq
-Hadisəni rəsmiləşdirmək

İş şərtləri
-İş günü: sərbəst iş qrafiki
-Əmək haqqı: 500 AZN – 600 AZN
-Şirkət tərəfindən avtomobil verilir
-Şirkət tərəfindən avtomobilin bütün xərcləri ödənilir
-Şirkət tərəfindən korporativ mobil nömrə və danışıq vaxtı verilir

Maraqlananlar öz CV formalarını [email protected] ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir,əks halda namizədliyinizə baxılmayacaqdır)

Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]