Ziraat Bank Azərbaycan kiçik əməliyyatçı-kassir axtarır

İşəgötürən: Ziraat Bank Azərbaycan
Vakansiya: Kiçik əməliyyatçı-kassir/Kassir
Son tarix: 01 noyabr 2022
Vəzifəyə olan tələblər:
-Ali (orta ixtisas) təhsil;
-Müvafiq sahədə 1 ilə qədər iş təcrübəsi;
-Kompüter bilikləri (MS Office, Internet);
-Türk , Rus və İngilis dili bilikləri müsbət qarşılanır.
Əsas vəzifələr:
-Mərkəzi Bankın qaydalarına uyğun olaraq nağd pul və qiymətlilərlə əməliyyatların aparılması;
-İş gününün sonunda filial müdiri və mühasib / nəzarətçi ilə birlikdə nağd pul vəsaitləri və qiymətlilərin sayılması, qalıqların bankın daxili proqramındakı qalıqlarla üzləşdirilməsi;
-Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatların həyata keçirilməsi;
-Qaydalara uyğun olaraq valyuta mübadiləsi əməliyyatlarının həyata keçirilməsi
-Limitdən artıq nağd pul vəsaitlərinin Mərkəzi Banka və ya Mərkəzi Bankın Ərazi idarəsinə təhvil vermək üçün hazırlanması və Bankın Pul anbarına baş xəzinədara təhvil verilməsi;
-Filiallara təhvil verilməli olan plastik kartların qəbul edilməsi.
Göstərilən tələblərə cavab verən namizədlər Oktyabr ayının 31-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Kiçik əməliyyatçı-kassir/Kassir” qeyd etməyiniz vacibdir.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Vakansiyalar
- 1 ay, 2 həftə, 2 gün, 1 saat, 4 dəq
-
1 ay, 3 həftə, 6 gün, 20 saat, 35 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 2 ay, 1 gün, 4 saat, 33 dəq
- 2 ay, 5 gün, 4 saat, 23 dəq
- 2 ay, 5 gün, 4 saat, 26 dəq