Ziraat Bank Azərbaycan baş PL/SQL proqramçı axtarır

Proqramçı


İşəgötürən: Ziraat Bank Azərbaycan

Vakansiya: Baş PL/SQL proqramçı

Son tarix: 23 iyun 2022

Vəzifəyə olan tələblər:

-İnformasiya Texnologiyaları və ya oxşar ixtisas üzrə bakalavr və ya magistr dərəcəsində ali təhsil;

-Analitik təfəkkür və alqoritmik düşünmə qabiliyyəti;

-Bank sektorunda minimum 5 il iş təcrübəsi;

-Yaxşı səviyyədə Oracle SQL və PL/SQL proqramlaşdırma dilləri biliyi;

-Mövcud məlumatları, cədvəlləri, sorğuları, saxlanılan prosedurları, hesabatları və s. (packages, procedures, pipeline functions, indexes, materialized views, bulk collection) təhlil etmək bacarığı;

-Performansın tənzimlənməsi və sorğu optimallaşdırılması təcrübəsi;

-JSON obyekt tipi ilə işləmək bacarığı;

-SQL, PL/SQL sahəsində minimum 3 il iş təcrübəsi;

-DWH (Data Warehouse) üzrə biliklər;

-Əlaqədar sahələrdə sertifikatın olması üstünlükdür;

-Hər hansı obyekt yönümlü proqramlaşdırma dillərindən birini bilməli;

-Yeni məlumatları tez anlamaq, saxlamaq və tətbiq etmək bacarığı, sürətli öyrənmə bacarığı;

-İş prosedurlarına dair texniki sənədlər hazırlamaq bacarığı;

-Daxili bank sistemində lazımi konfiqurasiyaların aparılması.

Əsas vəzifələr: 

-İstifadəçilərin tələblərinə cavab verən yeni statistik və analitik hesabatların tərtib olunması və mövcud hesabat sorğularının dəstəklənməsi;

-Hesabat məlumatlarının reallığının yoxlanılması;

-Mövcud sorğular üçün optimallaşdırma çalışmasının (performance tuning) edilməsi;

-Texniki spesifikasiyaların hazırlanması;

-Davamlı olaraq problem həlləri təklif edilməsi və MIS, MKR hesabatı ilə bağlı istifadəçi suallarına/problemlərinə cavab verilməsi.

Göstərilən tələblərə cavab verən namizədlər İyun ayının 30-na qədər öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Baş PL/SQL proqramçı” qeyd edilməsi vacibdir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır. 

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]