“Expressbank”ın İT departamentində vakansiya

Proqramçı

java


“Expressbank” ASC “İT departamenti, Java developer” vəzifəsi üzrə vakansiya elan edib.

Namizədə olan tələblər:

– Təhsil: Ali;                                 

– Bu sahədə 3 ildən çox iş təcrübəsi;

– OOP prinsiplərini dərindən bilməli;

– Java 8+ proqramlaşdırma dili üzrə dərin biliklər;

– Clean code prinsiplərini bilməli ;

– Spring Core, Spring Boot, Spring Data, Spring WEB, Spring Security üzrə biliklər;

– ORM (Hibernate) bilikləri;

– GIT ilə işləmə bacarığı;

– Microservice arxitekturası və REST api serverlər haqda biliklər;

– SQL verilənlər bazası (Oracle, Postgresql) bilikləri;

– Kafka və ya digər mesajlaşma platforması ilə təcrübə;

– CI/CD, Kubernetes, Docker, API Gateway bilikləri arzuolunandır;

– Agile bilikləri arzuolunandır;

– Problem həll etmə və analitik düşünmə qabiliyyətinin yüksək səviyyədə olması;

– Komanda ilə işləmə bacarığı;

– Azərbaycan dilində əla, İngilis dilini yaxşı səviyyədə bilməli.

Görəcəyiniz işlər:

– Yeni sistemlərin yaradılması;

– Bankda tətbiq olunan proqram vasitələrinin dəstəklənməsinin təmin edilməsi;

– Biznesin sifarişinə uyğun olaraq mövcud mobil əlavələri yeni qoyulan tələblərə uyğunlaşdırmaq;

– Mövcud sistemlərin işinin davamlı olması üçün, yaranan problemlərin həll edilməsi.                      

Bizim üstünlüklərimiz:

– Tibbi sığorta;

– Bonus sisteminin mövcudluğu səbəbindən əmək haqqıdan əlavə gəlir imkanı;

– Bilik və bacarıqlarıqların təkmilləşdirilməsi üzrə təlimlər;

– Əmək fəaliyyətinin qiymətləndirilməsi nəticəsində karyera inkişafı imkanı;

– Peşəkar korporativ mühitdə işləmə imkanı.

Maraqlananlar [email protected]  ünvanına müraciət edə bilərlər.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]