MKT İstehsalat Kommersiya MMC web proqramçı axtarır

İşəgötürən: MKT İstehsalat Kommersiya MMC
Vakansiya: Web Proqramçı
Son tarix: 18 noyabr 2022
Vəzifə öhdəlikləri:
-Web tətbiqin inkişaf edilməsi;
-Tətbiq dizaynına əlavə və dəyişikliklərin edilməsi;
-Mövcud funksionallıqların dəstəklənməsi və əlavələrin olunması;
-Digər platformalarla inteqrasiya;
-Proqramda yaranan problemlərin diaqnostikası və təhlili;
-İstifadəçilərə texniki dəstək.
Tələblər:
-Ali təhsil (İnformatika, Kibernetika, Komputer mühəndisliyi və s.);
-.NET, ASP.NET, MVC, JSON, XML, CSS ilə 2 il iş təcrübəsi;
-Entity Framework ilə iş təcrübəsi;
-Devexpress komponentləri ilə iş təcrübəsi;
-SQL sorğuların yazılması bacarığı(MSSQL, T-SQL);
-REST servislərlə iş təcrübəsi;
-Versiya kontrol alətləri ilə iş təcrübəsi;
-Web proqramlaşdırma ilə bağlı nəzəri və praktiki biliklər;
-İngilis dili texniki tapşırıqları oxuyacaq dərəcədə;
-Görülən işləri texniki cəhətdən sənədləşdirilməsi və planlamasını aparmaq;
-Sərbəst araşdırmalar etməyi bacarmalı.
Səriştələr:
-Məsuliyyətli
-Şəxsi inkişafa meylli
-Nailiyyət yönümlülük
-Etibarlılıq
-Dürüstlük
Əlavə məlumat:
-Əmək haqqı razılaşma əsasında;
-İş qrafiki: Beş günlük iş həftəsi (09:30-18:30)
-İş yeri: Baki şəhəri, Qafqaz Business Center
-Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
“MKT İK” MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.
Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz.
CV-nin göndərilməsi üçün link
Vakansiyalar
- 1 ay, 2 həftə, 3 saat, 2 dəq
-
1 ay, 3 həftə, 4 gün, 22 saat, 33 dəq
PAŞA Bank “Techo” layihəsi ilə İT sahəsinin ekspertlərini komandasına qoşulmağa çağırır
- 1 ay, 4 həftə, 2 gün, 6 saat, 31 dəq
- 2 ay, 3 gün, 6 saat, 21 dəq
- 2 ay, 3 gün, 6 saat, 24 dəq