Şirkətin “Front-end Developer” vakansiyası aktivdir

Digər


“AT-Geotech” “Front-end Developer” vəzifəsi üçün namizəd axtarışındadır.

Ən əsas vəzifə öhdəlikləri aşağıdakı kimidir:
– Yeni layihələrin qrup və ya fərdi şəkildə yaradılması, mövcud layihələrin dəstəklənməsi və inkişaf etdirilməsi.
– Javascript dili(react kitabxanası) kodun həm sıfırdan yazılması, həm də müxtəlif kitabxanalardan və nümunələrdən istifadə edərək onların layihə tələblərinə uyğun elektron formaların və qrafikların hazırlanıb uyğunlaşdırılması.

Bunlara əməl etmək üçün isə namizəddə sadəcə aşağıdakı tələblərmizin olması yetərlidir.
– Təhsil: Məzun
– Bu sahədə ən azı 1 il təcrübəsi
-Güclü problem analiz etmə, həll etmə və qərar vermə bacarıqları
-Həm müstəqil, həm də komanda yönümlü əməkdaşlıq şəraitində işləmə bacarığı
– Analitik düşünə bilən və alqoritmik bilikləri
– Javascript, AJAX, HTML, CSS proqramları bilikləri və Ant design arzu olunandi.
– Texniki ingilis dili (yeniliklər ve sənədləşmə ilə fərdi tanış olmaq üçün)

Təklif etdiyimiz iş şəraiti:
– İş qrafiki: 6 günlük
– İş yeri: Xırdalan şəhəri (bir müddətdən sonra şəhərin mərkəzi olacaq)
– Əmək haqqı: 1000 AZN

QEYD: Müsahibədən öncə praktiki imtahan mərhələsi olacaqdır.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Front-end Developer “  qeyd edərək CV-lərini [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]