“Yalama Aqropark” baş anbardar axtarır

Anbardar


İşəgötürən -“Yalama Aqropark”

Əmək funksiyaları:

-Mal – material qiymətlilərinin anbara mədaxili, mədaxili və sənədləşmə işlərinin aparılması;

-İstehsalın fasiləsizliyinin təmin edilməsi məqsədilə mal – material qiymətlilərinin anbarda saxlanılması;

-Rəsmiləşdirilmə qaydalarına riayət edilməsi, mədaxil – məxaric sənədlərinin təhvili, hesabatların düzgün hazırlanmasının təmin edilməsi;

-Anbar işinin təşkili, malların giriş çıxışına nəzarət mexanizminin qurulması;

-Minimum anbar qalığını gündəlik olaraq izləmək və dövri sifarişlərin alışını Satınalma şöbəsinə bildirmək;

-Anbarda işləyən işçi heyətinin işini nizamlamaq;

-Tabeçiliyində olan anbar və anbardarlara nəzarət etmək.

Tələblər:

-Ali təhsil

-İş təcrübəsi minimum 3 il

-Xarici dil bilikləri arzu olunandır (ingilis/rus)

-Ünsiyyət qurma, idarəetmə  və komandada işləmək bacarığı

-MS Office (MS Excel, MS Word, MS Outlook, 1C) proqramlarından sərbəst istifadə qabiliyyəti.

İş qrafiki: 09:00-18:00 ( beşgünlük iş həftəsi)

Əmək haqqı: 700 – 1000 azn 

Maraqlanan şəxslər CV-lərini [email protected] elektron ünvanına mövzu yerində “Baş anbardar” qeyd etməklə göndərə bilərlər.

Şirkət haqqında

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Xaçmaz rayonunun Yalama qəsəbəsində 523 ha torpaq sahəsində “Yalama Aqropark”ın yaradılmışdır. Aqropark daxilində cins heyvandarlıq kompleksinin, qarışıq yem və süd emalı zavodları, istixana kompleksi, intensiv bağçılıq təsərrüfatlarının yaradılması nəzərdə tutulur. Aqroparkın istehsal və emal müəssisələrinin yaradılmasında ABŞ, İsveç, İtaliya, Almaniya və Türkiyə istehsalı olan texnika və avadanlıqlarından istifadə olunur. İki mərhələdə həyata keçirilməsi nəzərdə tutulan layihəyə 40 milyon manatadək investisiya qoyulması gözlənilir. Layihənin birinci mərhələsi üzrə 385 ha sahədə müasir suvarma sistemlərinin (pivotlar) tədbiqi ilə növbəlilik nəzərə alınmaqla ikili əkin aparılmış, 1000 başlıq müasir heyvandarlıq kompleksinin və gücü saatda 5 ton olan yem zavodunun tikintisi yekunlaşmaq üzrədir, ikinci mərhələ üzrə isə 10 ha sahədə müasir istixana (şüşə örtüklü) kompleksinin, gündəlik emal gücü 50 ton olan süd zavodunun və 60 ha meyvə bağının salınması nəzərdə tutulur. Təsərrüfatın fasiləsiz su təminatı üçün 3.2 km uzunluğunda beton suvarma kanalı çəkilmiş, tutumu 50 min m3 olan beton su hovuzu tikilmiş, əraziyə 5 km məsafədən qaz xətti çəkilmiş, 4.9 km məsafədən elekrtrik xəttinin çəkilməsi həyata keçirilir. “Aqrolizinq” ASC vasitəsilə 16 adda 22 ədəd texnika və aqreqatlar alınmış, birinci və ikinci mərhələ üzrə Avstriyadan “Simmental” cinsindən olan 485 baş boğaz düyələrin təsərrüfata gətirilməsi təmin edilmişdir.

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]