Xalq Sığorta proqramçı / developer axtarır

İşəgötürən: Xalq Sığorta
Vakansiya: Programmer / Developer
Son tarix: 09 oktyabr 2022
Tələb olunan bilik və bacarıqlar:
-Kompyuter bilikləri: MS Office proqramları üzrə biliklər (Excel-yüksək səviyyədə);
-Dil bilikləri- azərbaycan dili-əla; ingilis dili -yaxşı; rus dili – yaxşı.
Namizədə dair gözləntilər və xüsusi tələblər:
-Ali texniki təhsil;
-Müvafiq sahədə minumum 2 il iş təcrübəsi (Sığorta sahəsi üzrə arzuolunandır);
-Yüksək səviyyəli məntiqi-analitik qabilliyyət, riyazi biliklər;
-Alqoritm qurma bacarığı;
-Front-end biliklər: ReactJs, Javascript, Redux, Html, CSS (Sass);
-RestAPI və Version control – Git ilə işləmək bacarığı;
-Sərbəst araşdırma qabiliyyəti, komandada işləmək bacarığı və məsuliyyətlilik;
Vəzifə öhdəlikləri:
-Bank/Sığorta tətbiqi proqramlarında icra edilmiş dəyişikliklərin və əlavələrin sənədləşdirilməsinin hazırlanması;
-Biznes vahidləri üzrə istifadəçilərin tələblərini toplamaq üçün layihələrlə bağlı müzakirələr;
-Funksional işlərin test edilməsi;
-Digər İT və biznes bölmələri ilə birgə fəaliyyət.
-Mürəkkəb sorğuları tərtib etmək və optimallaşdırmaq;
-Verilənlər bazasının təhlükəsizliyinin, stabilliyinin və performansının qorunması;
-Proqram Təlimatlarının hazırlanması.
Əlavə məlumat:
-İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
-İş yeri: Bakı şəhəri
-Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Programmer / Developer) qeyd edərək [email protected]az elektron ünvanına göndərilməsi xahiş olunur.
Vakansiyalar
- 13 saat, 8 dəq
- 1 gün, 14 saat, 3 dəq
- 1 gün, 14 saat, 17 dəq
- 2 gün, 8 saat, 40 dəq
- 2 gün, 8 saat, 45 dəq