Xaçmaz Aqropark zootexnik axtarır
İşəgötürən: Xaçmaz Aqropark
Vakansiya: Zootexnik
Son tarix: 20 iyun 2022
Əmək funksiyaları:
-Yemlərin hazırlanması, tövləyə daşınması, yem payına uyğun bölünməsi, mal – qaranın təkrar istehsalı cins məhsuldarlıq keyfiyyətini, damazlıq məqsədilə cavan malların seçilib ayrıca yetişdirilməsini təmin edir.
-Sürülərin tərkibini yaxşılaşdırmaq, təbii cütləşmə yaşına çatmış cavan heyvanların və anaların süni və təbii mayalanmasını təmin edir.
-Törədicilərin seçilməsini, doğum mayalanmanın uçotunu baş zootexniklə birlikdə aparır, qüvvəli, qaba və şirəli yemlərin keyfiyyətli saxlanmasını təmin edir.
-Təbii biçənək və otların yaxşılaşdırılması işlərini aqronomla birlikdə təşkil edir.
-Mal-qaranın yem normaları və tərtib edilmiş yem payı əsasında düzgün yemlənməsinə və saxlanmasına nail olur, Az miqdarda material, yem və əmək sərfi ilə daha çox məhsul edilməsi tədbirlərini görür.
-Bütün növ mal-qaranın qorunması və salamat saxlanmasına, yeni doğulan körpə və cavan heyvanlar üçün tərtib edilmiş pasport əsasında istiqamətli böyüməsini təşkil edir və qarşıya qoyulmuş məqsədə nail olur.
-İşçilər tərəfindən daxili iş normalarına və qaydalarına düzgün əməl edilməsinə nəzarət edir.
Tələblər:
-Təhsil: kənd təsərrüfatı sahəsində ali təhsil (Azərbaycan Dövlət Aqrar Universiteti bitirənə üstünlük veriləcəkdir)
-Zootexniki xidmət sahəsi üzrə iş təcrübəsinin olması
-Xarici dil biliklərinin olması arzu olunandır (rus, ingilis)
-MS Office proqramları ilə sərbəst şəkildə işləmək bacarığı
-Məsulliyyətli, intizamlı və stress vəziyyətinə davamlı, komandada işləmə bacarığı.
İş qrafiki: 09:00-18:00 ( beşgünlük iş həftəsi)
Maraqlanan şəxslər CV-lərini [email protected] elektron ünvanına mövzu yerində “Zootexnik” qeyd etməklə göndərə bilərlər.
Vakansiyalar
-
5 saat, 4 dəq
Casino Boomerang – Sicherheits‑Guide für österreichische Spieler
- 10 saat, 34 dəq
-
14 saat, 32 dəq
Online Casino: How to Select a Platform and Commence Playing
- 15 saat, 40 dəq
-
18 saat, 59 dəq
WildRobin στην Ελλάδα – Πλήρης οδηγός καζίνο, μπόνους και ασφαλή παιχνίδι