Veysəloğlu Şirkətlər Qrupu İT sistem inzibatçısı axtarır

İşəgötürən: Veysəloğlu Şirkətlər Qrupu
Vakansiya: İT Sistem inzibatçısı
Son tarix: 25 avqust 2022
Vəzifə öhdəlikləri:
-Şöbənin fəaliyyət istiqamətləri üzrə işini təşkil edir, işinin təkmilləşdirilməsi ilə bağlı təkliflər verir.
-Bulud və Lokal informasiya sistemlərini, servislərini quraşdırır və köklənməsi işini təşkil edir.
-Əlaqəli layihələrdə iştirak edir, server infrastrukturunun, informasiya resurslarının seçilməsi, qurulması, dəstəklənməsi metodu barədə təkliflər verir.
-Server infrastrukturuna və informasiya resurslarına nəzarət və təkmilləşmə işlərində dəyişikliklərin idarə olunması prosesini və icra mexanizmlərini tətbiq edir.
-Serverlərinin sayının, yerləşməsinin, əməliyyat sistemlərinin optimallaşmasının, effektivliyinin və səmərəliliyinin artırılması, təmini üzrə təkliflər verir.
-Şirkətdə kiritik serverlərin və informasiya resurslarının müəyyən edilməsi və təsnifləşdirilməsi üzrə təkliflər verir.
-Serverləin təhlükəsiz standartlarına uyğun dəstəklənməsi işini təşkil edir.
-Server infrastrukturunda insidentlərin diaqnostikası və aradan qaldırılması prosesini təşkil edir.
-Serverlər və informasiya resurslarında risklərin qiymətləndirilməsi üzrə təkliflər verir.
-Serverlərin və informasiya sistemlərinin fasiləsiz fəaliyyəti üçün Şirkətin Ehtiyat Mərkəzlərində işin təşkilində iştirak edir.
-Şirkətin əməliyyatlarının dayanıqlığı və qəzalardan bərpa planlaşdıırlmasında, testləşdirilməsində və icrasında iştirak edir.
-Fəaliyyət istiqaməti üzrə şöbəyə daxil olan ərizə, təklif və şikayətləri araşdırır və cavablandırır.
-Şöbənin məsuliyyət zonasına düşən sahələrdə informasiya təhlükəsizliyinin qorunması üçün müvafiq tədbirləri təşkil edir.
-Şöbə əməkdaşlarının təlimini, maarifləndirilməsini və peşəkarlıqlarının artırlmasını təşkil edir.
-Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən tapşırıqları yerinə yetirir.
Texniki Biliklər üzrə minimal tələblər:
-M365 environment üzrə administrativ biliklər (Exchange online, Sharepoint, MS Teams və s)
-Windows Server 2016, 2019 environment biliklər
-Vmware Virtualization Systems üzrə administrativ biliklər
-Dell, Huwaei, HP fiziki server və strorage üzrə administrativ biliklər
-Windows Server servisləri haqqında administrativ biliklər (LAPS. AD DS, FS, PKİ, FS, WSUS, IIS, TS və s.)
-Database xidmətləri üzrə ümumi biliklər.
-Backup sistemləri üzrə administrativ biliklər
-Monitoring sistemləri üzrə administrativ biliklər
-Qeyd olunan istiqamətlər üzrə (Azure, Office365, other Microsoft and Linux based certifications) Beynəlxalq Serifikatlı mütəxəssislər müəyyən üstünlük qazanacaqdır.
-İş stajı 2 ildən yuxarı.
Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “ Sistem inzibatçısı” yazmaqla, öz CV-lərini göndərə bilərlər.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 6 saat, 38 dəq
-
14 saat, 18 dəq
NOVCO Group of Companies korporativ satış mütəxəssisi axtarır
- 14 saat, 27 dəq
- 14 saat, 28 dəq
- 14 saat, 30 dəq