Vakansiya: İnsan resursları şöbəsinin rəhbəri tələb olunur

İşəgötürən: A – Group Insurance Company
Vakansiya: İnsan Resursları şöbəsinin Rəhbəri
Son tarix: 01 oktyabr 2022
Vəzifə öhdəlikləri:
-İnsan resursları siyasətləri, sistemləri və prosedurlarının hazırlamaq və müntəzəm olaraq təkmilləşdirmək;
-Şirkət heyətinin təlim ehtiyaclarını müəyyən etmək və təlim ehtiyaclarını təmin etmək üçün müvafiq təlim mənbələri vasitəsi ilə illik təlim planlarını yaratmaq və icra etmək.
-İşçi seçimi proseslərinin mövcud siyasətlərə uyğun olaraq idarə etmək və işəqəbul prosesinin vaxtında tamamlanmasını təmin etmək;
-Yeni işçilərin şirkətin mədəniyyət və sistemlərinə uyğunlaşmasını asanlaşdırmaq məqsədi ilə İstiqamətləndirmə proqramını yaratmaq və həyata keçmə prosesinə nəzarət etmək;
-İşçi fəaliyyətinin dəyərləndirməsi sistemini yaratmaq və sistemin idarəolunmasına nəzarət etmək;
-İşçi fəaliyyətinin qiymətləndirilməsini vaxtında və qoyulmuş prosedurlara uyğun tamamlanmasına nəzarət etmək;
-Yerli qanunvericilik və və daxili qaydalara əsasən insan resursları proseslərinə aid bütün sorğuların düzgün və vaxtında cavablandırması təmin etmək.
Tələblər:
-Biznes, İdarəetmə, İqtisadiyyat, İnsan Resursları üzrə təhsil;
-İR sahəsi üzrə Beynəlxalq sertifikatlar arzuolunandır;
-İnsan resurlsları sahəsi üzrə ən azı 3 il peşəkar təcrübə;
-Heyətin idarə edilməsi üzrə ən azı 1 il təcrübə;
-İş və proseslərin təşkili üzrə təcrübə/bacarıq;
-Yerli əmək qanunvericiliyi üzrə biliklər;
-Təhlil etmə və təşkilatçılıq bacarıqları;
-Güclü ünsiyyət bacarığı, müxtəlif tərəflər qrupuna təsir etmək bacarığı;
-Güclü problem həll etmə, aktiv dinləmə bacarıqları;
-MS Office programları üzrə biliklər;
-Azərbaycan və rus dillərində səlis danışmaq bacarığı, ingilis dili arzuolunandır.
Göstərilən tələblərə cavab verən namizədlər CV formasını 30 Sentyabr 2022-ci il tarixinədək Mövzu/Subject hissəsində “İnsan Resursları şöbəsinin rəhbəri” qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.
Vakansiyalar
-
6 saat, 43 dəq
AGRO – WEST DC LLC işə qəbul üzrə aparıcı mütəxəssis axtarır
- 6 saat, 45 dəq
- 6 saat, 47 dəq
-
6 saat, 49 dəq
Sinteks Group of Companies informasiya texnologiyaları üzrə Təcrübə Proqramı elan edib
- 6 saat, 51 dəq