Vakansiya: Gecə növbəsi üzrə məsul tibb bacısı tələb olunur
İşəgötürən: Bona Dea International Hospital
Vakansiya: Gecə növbəsi üzrə məsul tibb bacısı
Son tarix: 10 sentyabr 2022
Tələblər:
-Universitetlərin Biznesin İdarə olunması və Tibb bacılığı sahələrindən məzun,
-Tibbi İdarəetmə təcrübəsi olan, Səhiyyə sektorunda ən azı 10 illik iş təcrübəsi olan və bunun 3 ilini idarəetmə sahəsində işləyənlərə,
-MS Office proqramlarını yüksək dərəcədə bilmə,
-Sahəsindəki yenilikləri təqib edən və öyrənməyə açıq,
-Zamanın idarə olunmasına dair yüksək bacarığa malik, detallara xüsusi diqqət yetirən,
-Şifahi və yazılı ünsiyyət bacarıqları güclü, inandırma qabiliyyəti yüksək,
-Xarici görünüşünə xüsusi diqqət yetirən və gülərüzlü,
-Komanda işinə meylli, komandanı idarə edə bilən,
-Nəticə yönümlü və məsuliyyətli,
-Kişi namizədlər üçün hərbi xidməti başa vurmuş,
-Avropa tərəfində yaşayan namizədlərə üstünlük verilir,
İşin təsviri:
-Akkreditasiya və keyfiyyətin idarə olunması sistemi standartlarına uyğun olaraq prosedurların həyata keçirilməsi,
-İş saatlarında bütün sahələri ziyarət edərək lazımi yoxlanışların aparılması, müəyyən olunan nöqsanların aradan qaldırılması, bununla bağlı müvafiq hesabatların hazırlanması,
-Tibbi ekspertiza və ölüm hallarında korporativ tədbirlərin həyata keçirilməsi,
-Növbəsi ilə bağlı statistik işlərin görülməsi, müvafiq bölmələrlə paylaşılması,
-Gecə iş saatlarında bütün personalın iş yerlərində olmaları, stasionar xəstə şikayətlərinin qəbulu, təhlükəsizlik proseslərinin təqib olunması, avtomobillərin təqib olunması, dərman təchizatının təmin olunması kimi xəstəxanadaxili əməliyyatlarının yerinə yetirilməsi.
CV-nin göndərilməsi üçün e-mail: [email protected]
Vakansiyalar
- 6 saat, 28 dəq
-
7 saat, 2 dəq
Nowoczesna rutyna w erze komputerowej: Jak technika rewolucjonizuje codzienność?
- 13 saat, 26 dəq
-
3 gün, 8 saat, 22 dəq
Valutazione winnitta: interfaccia utente e funzionalità essenziali
- 3 gün, 16 saat, 58 dəq