Vakansiya: Devops üzrə sistem inzibatçısı tələb olunur

İşəgötürən: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Vakansiya: Devops üzrə sistem inzibatçısı
Son tarix: 20 avqust 2022
Biz nə təklif edirik:
-Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
-Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
-Karyera irəliləyişlərində yaradılan şərait;
-Rəqabətədavamlı əmək haqqı.
Bizim üçün uyğun namizəd:
-Ali təhsilli (texniki sahədə təhsil arzu olunandır);
-DevOps sistemlərin inzibatçılığı üzrə minimum 3 il iş təcrübəsi;
-GİT-lə işləmə təcrübəsi (yaranan konfliktləri həll etmək);
-OS Linux Redhat / CentOS / Debian / RHCE / RHСSA üzrə biliklərin olması;
-VmWare virtualizasiya ilə praktiki təcrübə;
-CI/CD platforma üzrə biliklər və iş təcrübəsi;
-Kubernetes, Docker, Ansible, Jenkins üzrə biliklər və praktiki təcrübə;
-Bash script yazılması ilə iş təcrübəsi;
-Elasticsearch / Zabbix kimi monitoring tool-lar ilə iş təcrübəsi;
-C# , .NET, Java ,Python dillərdə yazılmış scriptlərin analiz edilməsi;
-Komanda yoldaşlarını inkişaf etdirməyə həvəsli olması.
Görəcəyiniz işlər:
-Agentlikdə istifadə olunan mövcud platformalara monitorinq və nəzarət edilməsi;
-Yaranan problemlərin proqramçılar və infrastruktur əməkdaşları ilə birlikdə aradan qaldırılması;
-Proqram təminatının kodunun yerləşdirilməsi zamanı yaranan problemlərin müəyyənləşdirilməsi və həll edilməsi;
-Yeni DevOps texnologiyalar üzrə biliklərin artırılması və tətbiq edilməsi.
Əlavə məlumatlar:
-İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi;
-İş vaxtı: 09:00 – 18:00.
Müraciət qaydası:
-Vakansiyaya son müraciət tarixi: 20.08.2022-ci il;
-CV-lər [email protected] e-mail ünvanına göndərilməlidir;
-Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməldir;
-Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.
Vakansiyalar
- 6 saat, 48 dəq
-
14 saat, 28 dəq
NOVCO Group of Companies korporativ satış mütəxəssisi axtarır
- 14 saat, 37 dəq
- 14 saat, 38 dəq
- 14 saat, 40 dəq