Vakansiya: Backend developer tələb olunur

Proqramçı

proqramci 2


İşəgötürən: İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi

Vakansiya: Backend developer

Son tarix: 16 iyun 2022

Ümumi vəzifə öhdəlikləri:

-Yeni veb layihələr üzərində çalışmaq

-Mövcud veb layihələri inkişaf etdirmək

-Veb layihələr üzərində komanda üzvü olaraq çalışmaq

-Müxtəlif layihələri üzrə verilən tapşırıqların vaxtında yerinə yetirilməsi üçün layihə meneceri ilə sıx işləmək

-Layihələrin planlanması, development’i, deploy edilməsi və baxımı

-Yeni texnologiyaların araşdırılması və tətbiq olunması;

-Məhsulun biznes məntiqinin və back-end sisteminin dizayn olunması və proqramlaşdırılması;

-Front-end proqramçısı ilə sıx əməkdaşlıq edərək funksional, effektli və tam tələblərə cavab verən APİ-ların hazırlanması;

-Mənbə kodlarını analiz etmək və ehtiyaca uyğun dəyişiklikləri icra etmək;

-Unit və inteqrasiya testlərinin yazılması və gündəlik tapşırıqlar üçün avtomatik alətlərin hazırlanması;

-Keyfiyyətli, effektli kodların yazılması və sənədləşdirilməsi;

-Riskləri və səmərəsiz həll yollarını aradan qaldırmaq üçün ideya və fikirlərin təhlil olunması;

-Yeni texnologiyaların araşdırılması və tətbiq olunması.

Namizədə qarşı tələblər:

-Ali təhsil (İT sahəsində təhsilə üstünlük verilir);

-İş təcrübəsi: Production mühitinə çıxarılmış bir produktun hazırlanmasıda ən azı 2 il;

-Dil bilikləri: Azərbaycan dili (əla); İngilis dilləri dili (əla);

-OOP prinsiplərini aktiv istifadə etmə təcrübəsi;

-Yeni texnologiyalari sürətlə öyrənmə həvəsi;

-C#, .NET Core, (və ya Java, Spring Boot), REST, MVC, SQL, Python, AWS, git;

-Yüksək debug etmək bacarıqı;

-Test yazma bacarığı.

Arzu olunan tələblər:

-Docker, Kubernetes mühitlərində işləmə təcrübəsi;

-Proyektlərin yaradılması və komandaların formalaşmasında təşəbbüskarlıq göstərmə təcrübəsi;

-Agile metodologiyaları biliyi;

-CI/CD proseslərinin qurulması təcrübəsi;

-Avtomatlaşdırılmış testlər yazma bacarığı.

Sizə nə təklif edirik?

-Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;

-Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;

-Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 iyun 2022-ci il tarixinədək elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Backend developer” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

CV-nin göndərilməsi üçün e-mail: [email protected]

Avand sosial şəbəkələrdə


©️ 2023

İş elanının dərci üçün müraciət edin

[email protected]